VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 19 Ekim 2019 09:50:49

0 Şərh

Dəfə Oxundu.

Enerji içkilərinin satışı qadağan edildi.

Azərbaycanda 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı qadağan edildi.

UTVİNFO-nun məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) agentliyin sədr müavinləri Rüfət Rüstəmzadə və Balarəhim Quliyevin iştirakı ilə enerji içkilərinin istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla geniş müşavirə keçirilib.
 

Enerji içkilərinin istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla keçirilən geniş müşavirədə 2020-ci ilin yanvarın 1-dən ölkəmizdə qüvvəyə minəcək “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”nın icrasına həsr olunan müşavirədə həmin sənədin AQTA tərəfindən hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunduğu, Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçdiyi diqqətə çatdırılıb.
 

 Enerji içkiləri ilə bağlı hazırlanmış sənəddə beynəlxalq təşkilatların və dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən, eləcə də, Avropa Birliyinin elmi tədqiqatlarından istifadə olunduğu bildirilib. 
 

Hazırlanmış sənədə  uyğun olaraq, ölkə ərazisində enerji içkilərinin istehsalı və idaxlı ilə məşğul olan sahibkarlıq subyektləri sənəddə əksini tapan norma və qaydalara uyğun olaraq öz fəaliyyətlərini 2020-ci ilin 1 yanvar tarixindən etibarən təşkil etməlidirlər.
 

Keçirilən tədbirdə diqqətə çatdırılıb ki, 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı sözügedən sənədlə qadağan olunur. Bu məqsədlə məktəb və uşaq bağçalarının yaxınlığında bu tipli içkilərin satışına icazə verilməyəcək.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR