VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 11 Ekim 2019 10:50:36

0 Şərh

Dəfə Oxundu.

Engin Özer: Biz Ermənistana əhəmiyyət vermirik

Engin Özer: Biz Ermənistana əhəmiyyət vermirik

Türk Ordusunun Suriyadakı “Barış pınarı” quru əməliyyatı Türkiyənin vətənpərvərlik hissinin artmasına səbəb olub. Aparıcı Türkiyə mediası həmin gün məqalələrini “Milli Birlik Günü”, “Vətən uğrunda!” başlıqları ilə dərc edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, “Barış pınarı” əməliyyatı nəticəsində artıq 277 terrorçu məhv edilib.

Əməliyyatın məqsədi bölgədə sülh və sabitliyə nail olmaq üçün Türkiyə sərhədi boyunca yaratmağa çalışdıqları terror dəhlizinin məhv edilməsidir. Ankara 30 kilometrlijk təhlükəsizlik zonası yaratmaq istəyir.

Yerevanda Türkiyənin əməliyyatlara başlamasından təxminən bir gün sonra qəzəbli açıqlamalar verilməyə başlanıb. Məlum olub ki, müharibə zonasında 16 erməni ailəsi yaşayır. Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasında Suriyadakı “Türk işğalını” qınayıb. Ermənistan Xarici İşlər Nazirliyi də oxşar bəyanatla çıxış edib:

“İşğal gələcəkdə bölgədə təhlükəsizliyinin daha da pisləşməsinə, mülki şəxslərin itkisinə, çox sayda məcburi köçkün axınına və yeni bir humanitar böhrana səbəb olacaq”.

Erməni tərəfindən bu cür ifadələr eşitmək ikiqat təəccüblüdür. Ermənistan on illərdir ki, Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən BMT qətnamələrinə əməl etmir.

Media.Az şərh üçün türkiyəli politoloq Engin Özerə müraciət edib.

Müsahibimizin sözlərinə görə, Türkiyə ordusu Suriya hakimiyyətinin idarəçiliyində olmayan əraziyə girib:

“Bundan əlavə, Türkiyənin ərazi bütövlüyü və təhlükəsizliyi üçün təhlükə olduğunu nəzərə alsaq, Türkiyə ordusunun əməliyyatlarının BMT Nizamnaməsinə zidd olmadığını görərik.

İndi Suriyada ABŞ, Fransa və hətta İngiltərə, üstəlik, “Hizbullah”, İran, Rusiya qoşunları var. Odur ki, biz erməni tərəfinin reaksiyasına əhəmiyyət vermirik. Bu, türk siyasətinə ənənəvi “erməni baxışı”dır.

Ankaranın təhlükəsizlik zonası təmin etmək haqqı var. Yeri gəlmişkən, bu ərazi Türkiyə yox, amerikalılar tərəfindən işğal edilib. Hazırda bölgənin əhəmiyyətli bir hissəsi ABŞ ordusu və kürd milisləri tərəfindən idarə olunur”.

Ekspert əməliyyatın keçirildiyi ərazidə kürd formasiyasının demoqrafik tarazlığı dəyişdirdiyini vurğulayır:

“Əvvəllər oranın demoqrafik səviyyəsinin 60-65 faizi ərəb və türkmən, 2-3 faizi çərkəz və çeçenlərdən ibarət idi. Ancaq bu gün burada yalnız kürdlər qalıb. Bütün digər millətlərin nümayəndələri bu ərazini tərk etmək məcburiyyətində qalıb.

Türkiyədə üç milyona yaxın ərəb qaçqın var. Onlar mütləq evlərinə qaytarılmalıdır və belə də olacaq. Odur ki, heç bir işğaldan söhbət gedə bilməz”, - deyərək Engin Özer sözlərini yekunlaşdırıb.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali  Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR