VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 11 Ekim 2019 18:35:42

0 Şərh

Dəfə Oxundu.

Formula 1 üzrə Yaponiya Qran-prisi təxirə salındı.

Formula 1 üzrə Yaponiya Qran-prisi təxirə salındı.

UTVİNFO-nun məlumatına görə, "Formula 1" üzrə Yaponiya Qran-prisinin sıralama turu "Xaqibis" tayfununa görə təxirə salınıb.Belə  ki, oktyabrın 12-ə nəzərdə tutulan təsnifat mərhələsi bir gün sonraya keçirilib. Hava şəraitindən asılı olaraq, yarışın proqramında əlavə dəyişikliklər də ediləcək.

Hazırda "Xaqibis" tayfunu 25 km/saat sürətlə Marian adalarından Yaponiyaya doğru irəliləyir. Qasırğanın mərkəzindəki küləyin sürəti 75 m/s çatır. Tayfun 12 və 13 oktyabrda Yaponiya ərazisindən keçəcək. Bu səbəbdən ölkə daxilində 800-ə yaxın aviareys və reqbi üzrə Dünya Kubokunun 2 oyunu təxirə salınıb.

Qeyd edək ki, sonucu dəfə 2014-cü ildə Yaponiyada tayfun "Formula 1" yarışına problem yaradıb. Həmin il oktyabrın 5-də keçirilmiş Qran-pridə "Marussia" komandasının pilotu Jül Byanki "Suzuka" trasında 126 km/saat sürətlə qəzaya uğrayıb və komaya düşüb. Fransalı sürücü 17 iyul 2015-ci ildə Nitsada vəfat edib.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR