VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 25 Ocak 2020 19:26:41

0 Şərh

Dəfə Oxundu.

FOTO YARDIMLI: UĞURLU GƏLƏCƏYİN DAVAMÇILARI - MAHİR MİRZƏYEV

Azərbaycanının qazandığı  müstəqillik qanlı yanvar şəhidlərinin qanı bahasına əldə olunsa da, bu müstəqilliyi möhkəmləndirən, qoruyub saxlayan Ümummilli Lider Heydər Əliyevin əvəzsiz  xidmətləri danılmazdır.  Bu gün ölkəmizin inkişaf etmiş ölkələr sırasında mühüm yer tutması Heydər Əliyev Siyasi Kursunun davamçısı Prezident İlham Əliyevin uğurlu siyasətinin bariz nümunəsidir. Eyni zamanda Heydər Əliyev Siyasi Kursunu inamla davam etdirən, ölkəmizin çiçəklənməsində, iqtisadi və sosial rifahın yüksəldilməsində, əsası Ümummilli Lider tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının sıralarına qatılan, savadı, sədaqəti, dövlətə və vətənə sevgisi olan insanların da özünəməxsus rolu var. 

Bu gün oxucularımıza Yeni Azərbaycan Partiyasının Yardımlı rayon təşkilatının sədri, Yardımlı rayon İcra Hakimiyyəti Başçısının müavini-şöbə müdiri vəzifəsində çalışan Mahir Mirzəyev haqqında məlumat vermək istəyirik. 

Mahir Mirzəyev İcra hakimiyyətində səlahiyyətlərinin icrasına başladığı dövrdən rayon sakinlərinin arasında olub.  Səlahiyyətləri çərçivəsində mümkün qədər problemi olan sakinlərə dəstək olub. İşlədiyi müddətdən bu günə qədər Mahir Mirzəyev rayon ağsaqqalları arasında da nüfuzunu qoruyub saxlaya bilmişdir. İnsanlar arasında səmimi davranışları ilə seçilən Mahir Mirzəyev Yardımlı rayonunda hörmətlə qarşılanır. 

Əziz oxucu.

Mahir Mirzəyev haqqında dərc etdiyimiz bu yazı, bizim deyil, rayon ağsaqqıallarının haqqında danışdıqları həqiqi fikrin məhsuludur.  Yardımlıda Mahir Mirzəyev haqqında  soruşduğumuzda, alicənab, böyük-kiçik yerini bilən, insanlara qayğı ilə yanaşan,  savadlı bir şəxsiyyət kimi bizə təqdim olundu. 

Mahir Mirzəyev həmçinin rayonun kəndlərinə də tez-tez səfər edir, kənd sakinləri ilə görüşür, problemlərini dinləyir. Dindirdiyimiz Yardımlı sakinləri demək olar ki, Mahir Mirzəyevdən razılıq edirlər. Məhz bu keyfiyyətlərinə görə də Mahir Mirzəyev sovet dönəmindən bu günə qədər pillə-pillə müxtəlif vəzifələrdə çalışmaqla rayon icra hakimiyyətinin müavini vəzifəsinə qədər yüksələ bilmişdir. Eyni zamanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının rayon təşkilatına rəhbərlik etmək də bu insani keyfiyyətlərinin nəticəsidir. 

Bu günə qədər obyektivliyi və qərəzsizliyi ilə seçilən UTVİNFO olaraq, çox istərdik ki, Yardımlı rayonunun bütün məsul şəxsləri işlərinin öhdəsindən məhz Mahir Mirzəyev kimi gəlsinlər. Vətəndaşları dinləsinlər, problemlərini yoluna qoysunlar. 

İndi isə Mahir Mirzəyev haqqında qısa bir məlumat vermək istəyirik. 

Mirzəyev Mahir Xanış oğlu - 1969-cu ildə Yardımlı rayonunun Yardımlı qəsəbəsində anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirərək ali iqtisadçı peşəsinə yiyələnib. 1986-1987-ci illərdə fəhlə işləyən Mahir Mirzəyev sovet  ordusunda xidmətə başlayıb. 1987-ci ildən 1989-cu ilədək sovet ordusunda hərbi xidmətdə komandir müavini olub. Hərbi xidmətdən sonra, 1989-1990-cı illərdə Yardımlı rayon Aqrar Sənaye Kombinatının mərkəzi mühasibatlığında mühasib, 1990-1992-də Baş mühasib, 1992-2006-da Yardımlı RİH-də iqtisadçı, 2006-cı ildən bu günədək Yardımlı rayon İcra Hakimiyyəti Başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri-Başçının müavini  vəzifəsində çalışır. 25.02.2008-ci ildən hazıradək Yeni Azərbaycan Partiyasının Yardımlı rayon təşkilatının sədridir.

Azərbaycan Respublikası Prezidentinin 22.06.2010-cu il tarixli 974 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 

Əkbər Sadıyev / UTVİNFO xəbər

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Rahman Cebiyev Rahman Cebiyev iletisimutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR