BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 13 Eylül 2019 09:14:28

0 Şərh

Dəfə Oxundu.

FOTO-VİDEO: LERIKDƏ 13 MİLYONLUQ YOLUN AQİBƏTİ - SON DƏQİQƏ

LERIKDƏ 13 MİLYON VƏSAİT AYRILAN YOLDA BAŞ VERƏNLƏR DƏHŞƏT SAÇIR.

Lerik rayonunun Lerik-Şinəband-Orand-Nuravud-Zərdəbərə avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulması ilə bağlı görülən işlərin son durumu ilə bağlı oxucularımıza məlumat verməyi özümüzə borc bilirik. 

UTVİNFO xəbər veriri ki, bu gün Prezident İlham Əliyevin Sərəncamına əsasən 4 kəndin yollarının əsaslı  təmiri üçün ayrılan pul vəsaiti hesabına təmir olunan Lerik rayonunun Şinəband kənd yolunda əməlli-başlı ibtidai-icma quruluşunu xatırladan mənzərə baş verib.

Belə ki, həmin kənddən göndərilən foto görüntülərdən görünür ki, yolun bu görünən hissələri uçub dağılmış vəziyyətə düşüb, Yol demək olar ki, palçıq içində fəryad edir. Avtomobillərin hərəkəti üçün son dərəcə təhlükəli vəziyyət yaranıb. Qeyd edək ki, hələ qışın sərtliyi bu kəndə ayağ qoymamış 13 milyonluq yolun əsaslı təmiri özünü büruzə verməyə başlayıb. Bu yola ayrılan vəsait isə car çəkirək imdad diləyir, fəryad edir ki, "ay məni qənaətlə bu yola sərf edən məsul şəxslər, niyə insanların həyatı ilə oynayıb məni məyus edirsiniz". Hələ ki, dilsiz fəryad edən bu yolların səsini qulaq ardına vuran Lerik rayon İcra Hakimiyyətinin Başçısı və Azəryolservisin bu yollara məsul olan şəxsləri özlərini görməməzliyə və eşitməməzliyə vururlar. 

Xatırladaq ki, bu yaxınlarda Ümid Tv Azərbaycan kanalı vətəndaşların müraciəti əsasında sözügedən kəndlərdə olmuşlar və kanalın efirində bu problemlərlə bağlı məlumat verilmişdi. Rayonun Şinəband-Orand-Nuravud-Zərdəbərə yollarına çəkilən asvalt standartlara uyğun çəkilməmiş, bu yolların yarısına asvalt döşənərək, yarısına asvalt döşənməmiş, təhlükəli yolların təhlükəsiz vəziyyətə gətirilməsi istiqamətində heç bir iş görülməmişdir. Bir sözlə ayrılan pul vəsaitinə qənaət edilmiş, yolların təmirini başından etmişlər. Hələ qış gəlmədən insanlar ciddi təhlükə ilə üz-üzə qalıblar. 

İnanırıq ki, bu dəfə Lerik rayonunda baş verənlərdən cənab Prezidentin məlumatı olacaq və təqsirli şəxslər layiqli cəzalarını alacaqlar. 

UTVİNFO xəbər

Lerikdən hazırlanan video xəbəri təqdim edirik.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR