BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 17 Temmuz 2019 23:08:16

0 Şərh

Dəfə Oxundu.

FOTOLAR: ÜMİD TV TÜRKİYƏ-BURSA TƏMSİLÇİLİYİ - MÖHTƏŞƏM FESTİFAL KEÇİRİLDİ

ÜMİD TV TÜRKİYƏ-BURSA TƏMSİLÇİLİYİ "MİSAFİR FİLMİ"NİN MÖHTƏŞƏM TƏQDİMATI KEÇİRİLDİ.

ÜMİD TV AZƏRBAYCAN KANALININ TÜRKİYƏ TƏMSİLÇİLİYİ VƏ BURSA İLİ MUSTAFAKAMALPAŞA BƏLƏDİYYƏSİNİN DƏSTƏYİ İLƏ TƏŞKİL OLUNMUŞ "MİSAFİR FİLMİ"NİN  MÖHTƏŞƏM FESTİFALI 16 İYULDA TÜRKİYƏ CUMHURİYYƏTİNİN BURSA İLİ MUSTAFAKAMALPAŞA İLÇİSİNDƏ BÖYÜL MEYDANDA BAŞ TUTDU. 

UTVİNFO xəbər verir ki, bu möhtəşəm Festifalda, Türkiyə Təmsilçiliyinin və Bələdiyyənin dəvəti ilə Azərbaycandan Ümid Teleradio Yayım Şirkətinin prezidenti Rəhman Cəbiyev və Ümid TV kanalının İdarə heyyəti adından Fəridə Nizamiqızı təmsil edib. 

"Misafir filmi"nin oyunçuları.

Festifal Türkiyənin Bursa şəhərinin Mustafakamalpaşa İlçisində Bələdiyyənin qarşısında yerləşən böyük meydanda baş tutub. Festifalda filmin çəkilişində rol almış sənətçilər, Türkiyənin tanınmış siması, Türk sənətçisi Fahriye Güney və sənətə yenicə qədəm qoyan tələbəsi, Anadolu ajansının taninmış fotomüxbiri, Mustafakamalpaşa Bələdiyyəsi, Muxtarlıq , həmin festifalın keçirilməsinə maddi dəstək göstərən Türkiyəli iş adamı və digər tanınmış simalar iştirak edib.

Festifal, Azərbaycan və Türkiyə şəhidlərinin anımı ilə açıq elan olunub. Daha sonra  Türkiyənin qədim adətlərindən olan Dəvə oyunu  və ibrətamiz səhnəciklər nümayiş etdirilib.

Nümayiş etdirilən səhnəciklərdən sonra, bu Festifala Türkiyənin tanınmış müğənnisi Fariye Güneyin tələbəsi ifa etdiyi mahnısı ilə və Fəhriyə Güneyi  ifaları xüsusi özəllik qatıb.  Festifalda, keçmişdən bu günə qədər qorunub saxlanılan Ozan musiqisinin ifası da Türkiyənin tanınmış simasının ifası ilə yadda qalan olub. 

Daha sonra "Misafir filmi" meydanda nümayiş etdirilib. Meydana toplaşan hər kəs Türkiyə vaxtı ilə saat 12:00 -a qədər bu filmi zövqlə izləyiblər.

Filmin təqdimatından sonra Festifala qatılan iştirakçılar ürək sözlərini söyləyiblər. Ümid Tv adından çıxış edən Fəridə Nizamiqızı Ümid Tv-nin Türkiyə Təmsilçiliyinin açıldığını və Təmsilçi olaraq Necati Kurnazın təyinat aldığını açıqlayıb. Sonda  Festifal iştirakçılarına Ümid Tv-nin Türkiyə Təmsilçsisi və Paşa prodakşının rəhbəri, həmçinin "Misafir filmi"-nin senarist və yönəticisi Necati Kurnaz tərəfindən təşəkkürnamələr və hədiyyələr  təqdim olunub. Ümid Teleradio Yayım Şirkəti İH-ti adından təltif olunan  Mustafakamalpaşa Bələdiyyə Başqanı, Başqan yardımçısı, Ümid Tv-nin Türkiyə təmsilçisi Necati Kurnas Teleşirkətin prezidenti Rəhman Cəbiyev tərəfindən mükafatlandırılıblar. 

Mükafatları Ümid Tv adına təmsilçimiz Necati Kurnas Bələdiyyə Başkan yardımçısına təqdim edib. Həmçinin Ümid TV-nin təmsilçi təyinatını və Ümid Tv adına hədiyyə və təltifimizi Necati Kurnasa Bələdiyyə Başkan yardımçısı Fatma Kocaman təqdim edib.

Qeyd edək ki, tədbir zamanı sənətçilər və festifal iştirakçıları Ümid Tv Azərbaycan kanalına müsahibə verməklə filmə həsr olunmuş Festifal  haqqında  ürək sözlərini söyləyiblər. İzləyicilərimiz həmin Festifaldan Ümid Tv-nin Türkiyə Bürosunun hazırladığı özəl reportajı bu həftə Ümid Tv kanalının efirindən  izləyə biləcəklər. 

Onu da qeyd edək ki, Ümid Tv-nin kollektivi festifaldan öncə Türkiyənin xüsusilə qorunan "Suuçtu" təbiət parkı ilə tanış olublar. 

Festifaldan fotoqrafımız Ayşənurun lentə aldığı foto kadrları təqdim edirik.

UTVİNFO / Türkiyə - xüsusilə Ümid Tv üçün.

"Misafir filmi" video anons tezlilklə Ümid TV Azərbaycan kanalında

 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Rahman  Cebiyev Rahman Cebiyev rahmanutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR