BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 14 Temmuz 2019 12:10:04

0 Şərh

Dəfə Oxundu.

Gimnastlarımız Universiadanı üç medalla başa vurdu

Gimnastlarımız Universiadanı üç medalla başa vurdu

Neapol şəhərində (İtaliya) 30-cu Yay Universiadasında bədii gimnastika üzrə final yarışları keçirilib.

Azərbaycan Gimnastika Federasiyasının məlumatına görə, idmançımız Zöhrə Ağamirova uğurlu çıxışı ilə yenə medal qazanmağa müvəffəq olub. Belə ki, gürzlərlə hərəkətlərinin 20.200 xalla dəyərləndirilməsi ona daha bir gümüş medal qazandırıb.

İyulun 12-də gimnastımız çoxnövçülük üzrə gümüş medal qazanmışdı.

Bununla da, Azərbaycan gimnastika komandası Universiadanı qadın idman gimnastımız Marina Nekrasovanın 1 qızıl və bədii gimnastımız Zöhrə Ağamirovanın 2 gümüş medalı ilə başa vurub.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR