VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 16 Ağustos 2019 18:00:49

0 Şərh

Dəfə Oxundu.

Gənc güləşçilərimizdən dünya çempionatında zəif nəticə

Gənc güləşçilərimizdən dünya çempionatında zəif nəticə

Estoniyanın paytaxtı Tallində gənc güləşçilərin dünya çempionatı keçirilir.

UTVİNFO xəbər verir ki, avqustun 12-dən başlayan dünya çempionatında artıq sərbəst və qadın güləşçilərimiz çıxışlarını başa vurublar.

Sərbəst güləş millimiz üç medalla turniri tərk edib. Bunlar Turan Bayramov (-65 kq), Əbubəkr Abakarov (-79 kq) və Hacımurad Hacıyevdir (-74 kq). Hər üç güləşçimiz bürünc medal qazanıb.

Üç güləşçi ilə qatılan qadın millimiz bütün görüşlərdə uduzaraq mübarizəni dayandırıb.

Bu gündən etibarən isə güləşin yunan-Roma növü üzrə millimiz mübarizəyə qoşulub. Təəssüf ki, bu gün mübarizəyə qoşulan beş güləşçimizdən dördü ilk görüşdə uduzub. Yalnız Zaur Əliyev (-55 kq) Qırğızıstan və Moldovadan olan rəqiblərinə müvafiq olaraq 8:0 və 10:0 qalib gələrək yarımfinala çıxıb. O, finala çıxmaq üçün yaponiyalı Ken Matsuini məğlub etməlidir.

Qeyd edək ki, dünya çempionatına avqustun 18-də yekun vurulacaq.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali  Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR