VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 12 Ekim 2019 23:20:10

0 Şərh

Dəfə Oxundu.

GƏNC ŞAİR ŞƏHİDƏ EHTİRAMINI ŞERLƏ İFADƏ ETDİ

Lerik rayonunun Şinəband kəndində yaşayan məktəbli gənc şair Elcan Məmiyev, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Nemət Maşıyevə şer həsr edib.

Təqdirəlayiq haldır ki, vətənpərvər ruhda  böyüyən məktəblilərimiz, vətən yolunda çanından keçmiş şəhidlərimizi, ürəklərindən gələn səmimi düşüncələri ilə xatırlayırlar. Həmin gənc məktəblilərimizdən biri də Elcan Məmiyevdir. Elcan Məmiyev Lerik rayonunun Şinəband kəndində yaşayır və şəhid Nemət Maşıyev adına Şinəband kənd Ümumi-orta məktəbində təhsil alır.

Qeyd edək ki, Elcan Məmiyev poeziyaya xüsusi maraq göstərən gənc məktəblilərdəndir. O, həmçinin vətənpərvər gənc şairdir. Elcanın aşağıda qeyd etdiyimiz misralarda vətənpərvər ruhda yetişdiyini, vətənə və vətən yolunda şəhid olan övladlarımıza hansı ruhda dəyər verdiyinin siz də şahidi olun.

Şinəband, ana yurdun ürəyi,

O ürəkdə neçə şəhid varındı ?

İcazə ver, əvəzində mən deyim

O şəhiddən, fəxrindir, vüqarındır.

Elcanın şəhidimiz Nemət Maşıyevə həsr etdiyi şerin hər misrasında vətənpəvərlik ruhu özünü göstərir. Elcanın öz yaşına uyğun qələmə aldığı şəhidimizə həsr etdiyi bu misralar, onun şəhidlərimizə verdiyi dəyərin bariz nümunəsidir.

Əziz oxucular !

Söhbət bu şerin hansı tərzdə yazılmağından getmir, söhbət, gənc məktəblinin şəhidimizə həsr etdiyi şerin hər misrasında vətən və vətənə məhəbbətin ürəkdən qaynaqlanmasından gedir. Elcanın gələcəkdə vətəninə layiq şair kimi yetişəcəyinə inanırıq.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin !

Gənc şairin şəhidimizə sərbəst vəzində yazıb həsr etdiyi misraları olduğu kimi təqdim edirik.

Nemət lap əzəldən fədakar idi

Ailəsi yolunda‚ dostu yolunda

O hər kəlməsində vətən deyərdi

Vətənin sevərdi  uşaqlığından

Artıq yaşa dolan bir igid  idi,

Vətən çağırdı o, əsgər gedirdi,

Vətən üçün dua edib deyirdi,

Allah, vətənimi sən qoyma darda.

O, xalqım deyərdi, vətən deyərdi,

Vətənini  özündən çox sevərdi,

Vətən torpağına səcdə edərdi,

Vətənə də fəda etdi canını !

Şəhidlik – mətnlik‚ dönməzlik yolu,

Şəhidlik zirvədir ölməzlik yolu,

Şəhidlik əbədi azadliq yolu,

Şəhidlər dünyada ölməzdir ana!

Şəhidlər ölməz‚ ölməz ay ana!

 

 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR