BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 19 Mayıs 2019 14:20:26

0 Şərh

Dəfə Oxundu.

Gəncədə Türkiyənin bayramı qeyd olundu - FOTO

Gəncədə Türkiyənin bayramı qeyd olundu

Gəncədə Türkiyənin milli bayramı - “19 May Atatürkü anma, gənclər və idman bayramı” qeyd olunub.

UTVİNFO xəbər verir ki, tədbirdə Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova, idman ictimaiyyətinin nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları Türkiyənin Gəncədəki Baş konsulluğunun binası önündən Xan Bağına yürüş ediblər. Parkda günün anlam və önəmini simvolizə edən çinar ağaçı əkilib.

Tədbirdə çıxış edən Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk hər il 19 may tarixində qeyd olunan “Atatürkü anma, gənclər və idman bayramı”nın yaranma tarixindən danışıb.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova isə iki dövlət arasında olan tarixi əlaqələrdən, qardaşlıq münasibətlərindən söz açıb, bu əlaqələrin günü-gündən möhkəmləndiyini vurğulayıb.

Tədbirdə Gəncə Dövlət Filarmoniyasının solisti, əməkdar artist Kəmalə Tağızadə “Qaradəniz” mahnısını səsləndirib. Gəncə Dövlər Dram Teatrı aktyorlarının ifasında “Xərabət gözəli”ndən parça - Səmazən rəqsi təqdim olunub.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR