VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 02 Nisan 2019 23:33:29

0 Şərh

Dəfə Oxundu.

GƏNCLƏR NİYƏ TÜRKİYƏ ALİ MƏKTƏBLƏRİNƏ ÜZ TUTURLAR ?

GƏNCLƏR NİYƏ TÜRKİYƏ ALİ MƏKTƏBLƏRİNƏ ÜZ TUTURLAR ?

Nəyə görə son İllərdə Azərbaycanlı gənclər təhsil almaq üçün qardaş ölkə Türkiyə universitetlərinə üz tuturlar?

-Niyə məhz Türkiyə?

Türkiyə Regionun və Avropanın ən güclü təhsil sisteminə mailk olan ölkələrindəndir. Eyni zamanda Türkiyədə təhsil haqqı Azərbaycanda və regionda olan universitetlərdən dəfələrlə aşağıdır. Eləcə yaşam tərzi də Azərbaycanlı tələbələr üçün çox uygundur. Çox hallarda Azərbaycanlı tələbələr işləyərək bütün xərclərini və ya xərclərinin bir hissəsini özləri qarşılamalı olurlar.

Bu günki müsahibəmdə  Azərbaycanlı gənclərin təhsil almaq üçün qardaş ölkə Türkiyə Universitetlərini seçmə səbəbini öyrənəcəyik.  Suallarımızı “Oğuz Edu” Xaricdə təhsil şirkətinin rəhbəri və xaricdə təhsil üzrə ekspert Vüqar Şahbazov cavablandıracaq.

-Vüqar bəy Türkiyə Universitetlərinə qəbul şərtləri necədir?

Türkiyə universitetlərinə qəbul əsasən YÖS, SAT və imtahansız attestatladır. Əksər tələbələr İmtahansız yalnız attesttala qəbula müraciət edirlər. 

-Vüqar bəy belə bir qərar çıxmışdı ki, Türkiyə Universitetləri Azərbaycanlı tələbələri Attestatla deyil, yalnız imtahanla qəbul edecek. Bu nə dərəcədə doğrudur?

Türkiyə Universitetlərində qəbul şərtlərini bizim təyin etmə imkanımız yoxdur. Bunu Türkiyə Universitetləri özləri təyin edir. Təkcə Azərbaycanlı tələbələri deyil bütün dünya ölkələrindən müraciət eden tələbələri imtahansız qəbul edir. 11 illik təhsili olan hər bir şəxs universtetlərdə təhsil alma hüququna malikdir.

-Bəzən deyirlər ki, attestatla tələbə qəbul edən hər hansı Universitetin presteji aşağı olabilər və ya verdiyi təhsil zəif ola bilər. Bu nə dərəcədə doğrudur?

Deyərdim ki, bu tamamilə yalnış fikirdir. Azərbaycan Universitetləri də bütün xarici tələbələri imtahansız, attetstala qəbul edir. Eləcə də Avropanın ən prestejli universiteləri belə imtahansız attestatla tələbə qəbul edirlər.

-Vüqar bəy, bir suala da aydınlıq gətirək. Son zamanlar Azərbaycanlı tələbələrin Türkiyədə qiyabi təhsil almalarının da şahidi oluruq. Buna münasibətiniz necədir?

Ümumiyyətlə Türkiyədə qiyabi təhsil yoxdur. “Açık oğretim” və Uzaktan öğretim var. “Açık öğretim” və “ “Uzaktan eğitim “ proqramlarında Zaçot və smestr imtahanları universitetlərdə və ya öncədən müəyyən olunmuş imtahan mərkəzlərində olur. Dərslər isə hər tələbənin özünə məxsus online səhifəsində yüklənir, tələbələr davamlı olaraq dərsləri günlük və ya həftəlik olaraq öyrənirlər. “YÖK” ün də qərarına əsasən bu təhsilin diplomu ilə əyani təhsilin diplomu eyni statusa malikdir.

-Bu qədər tələbənin bu təhsil sistemində təhsil almağına rəğmən, diplomların Təhsil Nazirliyi tərəfindən tanınmamsı barədə nə deyə bilərsiniz?

Əslində, Bu təhsili bitirənlərin diplomları Azərbaycanda bütün yerli və xarici şirkətlərdə tanınır . Elecə də bu təhsil sistemi ilk dəfə avropada yaranaraq və avropada geniş yaylaraq bütün dünyada tanınır. Sadəcə bu təhsil sistemi Azərbaycanda formalaşmadığına görə hələ ki təhsil nazirliyi tərəfindən tanınmır. Bütün inkişaf etmiş ölkələrdə tanındığı üçün bizim ölkədə də tanınacağına ümid edirik.

Fəridə Nizamiqızı  / UTVİNFO xəbər

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Rahman Cebiyev Cebiyev Rahman Cebiyev Cebiyev rahmanutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR