VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 16 Temmuz 2018 17:14:27

1 Şərh

Dəfə Oxundu.

Göyçay rayonunda 100 hektar biçilmiş taxıl sahəsi yanıb

Bu gün səhər saatlarında Göyçay rayonunda 100 hektar biçilmiş taxıl sahəsi yanıb.

Rayonun  Bığır və Qaraməryəm kəndləri arasında biçilmiş taxıl sahələrində səhər saat 8:00-dan başlayan yanğın günorta saat 13:00-a kimi davam edib. Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay, İsmayıllı və Ucar Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Hava küləkli olduğundan yanğını söndürmək çətinləşib və alov qısa vaxtda geniş ərazini əhatə edib. Yanğın dağlıq ərazidə baş verdiyi üçün əraziyə yanğınsöndürən maşınların cəlb edilməsi çətinləşib və yanğınsöndürənlər alovun qarşısını əsasən əl əməyi ilə almağa çalışıblar.. Ümumilikdə 100 hektar biçilmiş taxıl sahəsi yanıb, 900 hektar taxıl sahəsi, nar bağları, yaxınlıqdakı evlər və "Azərenerji"nin yüksək gərginlikli elektrik naqilləri alovdan mühafizə edilib. Hava küləkli olduğu üçün hazırda yanğınsöndürənlər ərazidəki yanğın ocaqlarına nəzarət edir. Yanğının küləkli havada baş verdiyi üçün səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Rəşid  Rüstəmov – Ümüd TV Göyçay.

 

 


 

Davud 27 Ekim 2018 23:58:54 Cavab yaz
(1)
(0)
Cox sag olun melumat ucun
Adınız Soyadınız
Bağla
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Rahman Cebiyev Cebiyev Rahman Cebiyev Cebiyev rahmanutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR