VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 02 Kasım 2019 16:49:02

0 Şərh

Dəfə Oxundu.

Göyçayın icra başçısının qardaşı oğlu həbs edildi-FOTO.

Göyçayın icra başçısının qardaşı oğlu Səməd Cəbrayılov həbs olundu.


UTVİNFO xəbər verir ki, Göyçay rayonunda  sahibkarlıq fəaliyyəti ilə məşğul olan İran vətəndaşına və onun Bakıda yaşayan iş ortağı Məmməd Əliyevə məxsus təsərrüfatdan oğurluq edən Göyçay Gənclər Mərkəzinin keçmiş rəhbəri və Göyçay rayon İcra Hakimiyyətinin sabiq şöbə müdiri Cəbrayılov Səməd Surxay oğlu şübhəli şəxs qismində saxlanılıb. 

Sahibkar polis şöbəsinə müraciət edərək, rayonun Mirzəhüseynli və Şəhadət kəndləri ərazisində icarəyə götürdüyü torpaq sahəsində taxıl, çəltik və yonca əkini ilə məşğul olduğunu və ona məxsus təsərrüfata qanunsuz daxil olmaqla böyük həcmli "Generator su pompası" və "Taxta konstruksiya tipli ev"in oğurlandığını bildirib. Nəticədə İran vətəndaşına və onun iş ortağı olan Məmməd Əliyevə 8 min 500 manat maddi ziyan vurulub.

Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən istintaq tədbirləri zamanı hadisəni törətməkdə şübhəli bilinən Cəbrayılov Səməd Surxay oğlu saxlanılıb və onun barəsində Göyçay rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək 3 ay müddətinə azadlıqdan məhrum edilib.
 

Qeyd edək ki,həbs olunan Səməd Cəbrayılov Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin qardaşı oğludur. 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR