VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 09 Kasım 2019 05:25:55

0 Şərh

Dəfə Oxundu.

Gürcüstanda filmə qarşı etirazlar keçirilib: 27 nəfər saxlanılıb - FOTO

Gürcüstanda filmə qarşı etirazlar keçirilib: 27 nəfər saxlanılıb

UTVİNFO xəbər verir ki, Gürcüstanın Tbilisi və Batumi şəhərlərində etiraz aksiyası keçirilib.

Etirazlara səbəb “Amirani” kinoteatrında yayımlanan İsveç-Gürcüstan istehsalı olan “Daha sonra biz rəqs etdik” filmi olub.

Ekran işinin mövzusu iki kişinin qeyri-ənənəvi cinsi oriyentasiyası haqqında olduğundan yüzlərlə insan filmə etiraz edib.

Gürcüstan daxili işlər nazirliyindən verilən məlumata görə, hüquq-mühafizə orqanının əməkdaşının qanuni əmrinə tabe olmamaq və kiçik xuliqanlıq maddələri ilə 27 nəfər saxlanılıb. Onlardan 24 nəfəri Tbilisi, 3 nəfər isə Batumi sakinləridir.

“Gürcüstan marşı” milli hərəkatının lideri Sandro Berqadze bildirib ki, aksiyaçılar filmin heyətinə yox, ekran əsərində olan hadisələrə qarşıdırlar. Filmin ölkədə nümayişlərinə Gürcüstan Patriarxlığı da etiraz edib.

Bir qrup aksiyaçı üzərində “LGBT-yə yox” yazılmış bayraqları yandırıb. Onlar daha sonra pirotexniki vasitələr partladıb. Nəticədə bir neçə polis əməkdaşı xəsarətlər alıb.

Aksiyaların keçirildiyi ərazilərə xeyli sayda polis və xüsusi təhlükəsizlik xidməti əməkdaşları cəlb olunub. Polis etirazçıların kinoteatr binasına daxil olmasının qarşısını almaq üçün canlı sədd yaradıb.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali  Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR