BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 11 Temmuz 2019 11:55:44

0 Şərh

Dəfə Oxundu.

İcbari tibbi sığorta ilə bağlı qanuna dəyişiklik edilə bilər

İcbari tibbi sığorta ilə bağlı qanuna dəyişiklik edilə bilər

İcbari tibbi sığorta tətbiq edildikdən sonra bununla bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac yarana bilər.

UTVİNFO xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yaxın gələcəkdə icbari tibbi sığorta sistemi tam tətbiq edildikdən sonra qanunvericiliklə müvafiq dəyişikliklərə ehtiyac yarana bilər:

“Gələcəkdə “Tibbi sığorta haqqında” qanunda dəyişikliklər edilməsi istisna deyil. Çünki icbari tibbi sığorta tətbiq edildikdən sonra bununla bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac yarana bilər.

İcbari tibbi sığorta tam tətbiq edildikdə bir sıra çatışmazlıqlar meydana çıxa bilər. Bu, normal haldır. 2020-ci ildə ölkə üzrə tibbi sığortanın tətbiqinə başlanıldıqdan sonra əlavə ehtiyaclar yarana bilər. Bu səbəbdən də 1999-cu ildə qəbul edilən qanuna 2018-ci ilin dekabr ayında müəyyən dəyişikliklər edilsə də, gələcəkdə bu qanunda bir sıra məqamlara yenidən dəyişiklik etmək zərurəti yarana bilər”.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR