VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 07 Şubat 2020 22:01:42

0 Şərh

Dəfə Oxundu.

İçərişəhərdə dörd nəfərin yaralanmasına səbəb olan partlayışla bağlı RƏSMİ AÇIQLAMA

“İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin Mətbuat Xidməti İ.Əfəndiyev küçəsi, 10 ünvanında baş vermiş partlayışla bağlı məlumat yayıb. 

İdarədən Oxu.Az-a verilən məlumatda bildirilib:  

“Bu gün axşam saatlarında İçərişəhər, İ.Əfəndiyev küçəsi, 10 ünvanında qaz sızması nəticəsində partlayış baş verib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov və digər məsul şəxslər dərhal hadisə yerinə gəlib, hadisənin başvermə səbəbləri və xəsarət alanların hazırkı vəziyyəti ilə tanış olublar.

Baş vermiş hadisə nəticəsində evləri qəzalı vəziyyətə düşən sakinlər hazırda İdarə tərəfindən müvəqqəti yaşayış yerləri ilə təmin olunur.  

Hazırda bütün proseslər nəzarət altında saxlanılır, hüquq-mühafizə orqanları tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görülür. Hadisə nəticəsində insan tələfatı yoxdur, xəsarət alanlardan iki nəfərin vəziyyəti yüngül olduğundan ilkin yardım göstərildikdən sonra evə buraxılıblar. Digər xəsarət alanların həyatlarına hazırda təhlükə yoxdur”. 

Qeyd edək ki, hadisə nəticəsində dörd nəfərin xəsarət aldığı açıqlanmışdı. 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR