VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 11 Şubat 2020 20:49:44

0 Şərh

Dəfə Oxundu.

İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində təşkil edilən sərgilərdə - FOTO

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Mərkəzində təşkil edilən “Tarixin şah əsərləri” adlı sərgi ilə tanış oldular.  

AZƏRTAC xəbər verir ki, sərginin eksponatları Gürcüstan Milli Muzeyindəki Azərbaycan və Şərq kolleksiyalarından ibarətdir.  

Qeyd edək ki, Gürcüstan Milli Muzeyində Azərbaycana, o cümlədən İrəvan xanlığına aid minlərlə tarixi, mədəni artefakt var. İrəvan Azərbaycanın qədim torpağıdır və tarixi faktlar da azərbaycanlıların bu torpaqda daim yaşayıb-yaratdıqlarını göstərir. Prezident İlham Əliyev müxtəlif kürsülərdən dəfələrlə İrəvan xanlığı barədə tarixi həqiqətlərə əsaslanan faktlar söyləyib. Dövlətimizin başçısının qeyd etdiyi kimi, XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Bu, tarixdir, tarixi həqiqətdir. Bu sərgidəki eksponatlar da bunu bir daha aydın şəkildə nümayiş etdirir. İrəvan xanlığı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, eyni zamanda, gənc nəslin tariximizi daha yaxşı bilməsi üçün bu sərginin eksponatları olduqca mühüm məna kəsb edir. 

Sərgidə 300-dək eksponat təqdim edilir. Üç bölmədə Qacarlar sülaləsi zamanı yaradılan və toplanan qədim Azərbaycan incəsənəti, İrəvan xanlığının Sərdar sarayı kompleksindən məişət əşyaları və rəsm əsərlərinin kolleksiyası, rus fotoqraf Dmitri Yermakovun arxivindən əldə edilmiş fotosənədlər nümayiş olunur. Yermakov İrəvan qalasının nadir tikililəri - Sərdar sarayı, məscidlər, karvansara və İrəvan şəhərinin tarixi mərkəzini təşkil etmiş orta əsrlərə aid digər binaların məhv edilməsi prosesini təfərrüatları ilə göstərən fotoşəkillər silsiləsini yaradıb. Burada Ermənistan tərəfindən məhv edilmiş İrəvan xanlığının sarayından qalan nadir rəsm əsərlərində Şah Qacar, İrəvan hökmdarları və Şərq eposlarının qəhrəmanları təsvir olunub. Sərdar sarayının arxeoloji qalıqları arasında İrəvan xanlığı və indiki Ermənistan ərazisində yaşamış Azərbaycan xalqına məxsus çox sayda gündəlik həyat atributlarından ibarət etnoqrafik kolleksiya da ekspozisiyada təqdim edilir. 

Ekspozisiyada, həmçinin Azərbaycan panno rəngkarlığının banisi, milli təsviri incəsənətimizin inkişafına böyük təsir göstərmiş ornament və portret ustası Mirzə Qədim İrəvaninin XIX əsrə aid yağlı boya ilə işlənmiş altı əsəri sərgilənir. 

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil edilmiş “Live Life” sərgisi ilə tanışlıq oldu. 

Dövlətimizin başçısına və birinci xanıma sərginin məqsədi barədə məlumat verildi. Bildirildi ki, sərgi diqqəti ətraf mühit problemlərinə yönəldir. Bundan başqa, sərginin ideyaları arasında təbiətin qorunması və incəsənətin bu sahədə oynaya biləcəyi rolu da var. İndiyədək “Live Life” sərgisi London, Paris, Berlin, Moskva və Tbilisidə təşkil olunub və çox böyük maraqla qarşılanıb. Ekspozisiyada nümayiş olunan 200-dən çox əsər orijinallığı və üslubu ilə seçilir. 

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Musiqi alətləri: birlik və müxtəliflik” adlı sərgi ilə tanış oldular. 

Nadir layihə olan bu sərgidə müxtəlif ölkələrin XVIII-XX əsrlərə aid 170-dən çox musiqi aləti nümayiş etdirilir. Birlik və müxtəliflik prinsipinə əsaslanaraq bölmələrə ayrılan ekspozisiyada sərgilənən musiqi alətləri həm oxşarlığı, həm də fərqliliyi təcəssüm etdirir. Sərgidə hər bir musiqi alətini seyr etməklə yanaşı, onu dinləmək və ən əsası, həmin alətdə ifa xüsusiyyətləri ilə tanış olmaq imkanı var. 

Növbəti tanışlıq məşhur fotoqraf, sovet fotoqrafiyasının klassiki Yakov Xalipin əsərlərindən ibarət “Avanqard davamçısı. Azərbaycan gündəliyi” adlı sərgi ilə oldu. Ekspozisiyada müəllifin 1930-1960-cı illərdə çəkdiyi 100-dən çox ən maraqlı fotolarından ibarət kolleksiyası təqdim edilir. Sərgidə Yakov Xalipin sovet fotoqrafiya sənətinin klassikası sayılan və “qızıl fond”una daxil edilmiş işləri ilə yanaşı, Azərbaycanda çəkdiyi fotoları da ilk dəfə nümayiş olunur. Sərgidə, həmçinin fotoqrafın ailəsinə aid arxivdən eksponatlar, müxtəlif sənədlər, yaratdığı tematik albomlar və digər maraqlı eksponatlar var. 

 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR