BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 11 Temmuz 2019 13:35:09

0 Şərh

Dəfə Oxundu.

İnterpol Rusiya vətəndaşlarını ittiham etdi: “Kokain kralı”na kömək ediblər

İnterpol Rusiya vətəndaşlarını ittiham etdi: “Kokain kralı”na kömək ediblər

Uruqvayda İnterpolun nümayəndələri və hüquq-mühafizə orqanlarının əməkdaşları iki Rusiya vətəndaşını saxlayıb.

Yerli “Ecos” nəşri xəbər verir ki, onlar italiyalı mafioz Rokko Morabitonun həbsdən qaçmasına yardım etməkdə ittiham olunurlar.

Əməliyyat Montevideoda pitsa kafelərinin birində keçirilib. İnterpol və yerli polis bir İtaliya və iki Rusiya vətəndaşını saxlayıblar.

Rusiyanın Uruqvaydakı səfirliyi istisna etmir ki, həbs olunan həmyerlilərinin sayı üç nəfər ola bilər.

Qeyd edək ki, R.Morabito italiyalı mafiya liderləri arasında ən tanınmışlardandır. “Kokain kralı” ləqəbli mafioz 2017-ci ildə Uruqvayın paytaxtı Montevideoda həbs olunub.  

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR