VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 05 Şubat 2020 22:15:47

0 Şərh

Dəfə Oxundu.

İqbal Məmmədov Lerikin Lüləkəran kəndində seçicilərlə görüşüb - FOTO

Yeni Azərbaycan Partiyasının 78 saylı Lerik Seçki dairəsindən deputatlığa namizədi İqbal Məmmədovun təbliğat-təşviqat kampaniyası yüksək ruhla davam edir.

YAP-ın namizədi bu gün rayonun Lüləkəran kənd inzibati ərazi vahidinin seçiciləri ilə görüş keçirib.

Görüşdə çıxış edən YAP Lerik rayon təşkilatının sədri müavini Mübariz Ağayev Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi islahatlardan və inkişafdan, eləcədə rayonda aparılan quruculuq, abadlıq işlərindən, YAP-nın 78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizədi İqbal Məmmədovun həyat və fəaliyyəti barədə geniş məlumat verib.

Qeyd olunub ki, əvvəlki seçkilərdə olduğu kimi YAP bu seçkilərdə də irəli sürdüyü namizədlərin qələbəsini təmin etmək əzmindədir:

"Əminik ki, 9 fevral tarixində seçicilərimiz İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi İqbal Nəriman oğlu Məmmədova səs verəcəklər".

Daha sonra deputatlığa namizəd İqbal Məmmədov çıxışında Prezident İlham Əliyevin sədri olduğu YAP-ın namizədi olmağı ilə qürur hissi duyduğunu və eyni zamanda böyük məsuliyyət daşıdığını bildirib:

"Parlament seçkiləri ilə əlaqədar aparılan təbliğat kompaniyamız yüksək ruhla davam etməkdədir. Bu gün Lüləkəran  ərazisində yaşayan seçicilərimizlə görüşlərimiz çox səmimi və hiss olunan dərəcədə fəallıq şəraitində keçdi. Əhalinin dövlət başçımız cənab İlham Əliyevə, ümumilikdə Yeni Azərbaycan Partiyasına olan dərin sevgisinin və məhəbbətinin şahidi oldum. Bu səmimi münasibətdən qürur hissi keçirtdim. Bir daha hər bir seçicimə minnətdarlığımı bildirir, ölkəmizin inkişafı və tərəqqisi naminə aparılan bütün işlərdə fəal olmağı arzulayıram".

Çıxış edən seçicilər, kənd ağsaqqalları və ziyalıları birmənalı olaraq cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti bəyənir, “Daha güclü Azərbaycan naminə!” çağırışı ilə qatıldığımız seçki kampaniyasında Yeni Azərbaycan Partiyasının namizədi, İqbal Məmmədovu dəstəkləyəcəklərini və bundan sonra da bütün işlərdə dövlətimizin və dövlət başçımızın yanında olacaqlarını bildiriblər.

UTVİNFO xəbər

 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Rahman Cebiyev Rahman Cebiyev iletisimutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR