VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 06 Şubat 2020 21:46:38

0 Şərh

Dəfə Oxundu.

İqbal Məmmədovun seçicilərlə daha bir görüşü keçirilib-FOTO

78 saylı Lerik seçki dairəsindən yeni Azərbaycan Partiyasının vahid namizədi İqbal Məmmədovun təbliğat-təşviqat kompaniyası uğurla davam edir.

UTVİNFO xəbər verir ki, İqbal Məmmədovun seçicilərlə növbəti görüşü, Yeni Azərbaycan Partiyasının təbliğat kompaniyası çərçivəsində rayonun Hamarmeşə, Bibiyani, Peştətük və Rəzgov kəndlərində baş tutub.  Görüşdə kənd ağsaqqalları, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. Deputatlığa namizədlə seçicilər arasında ötən 5 il ərzində fəaliyyəti və qarşıda duran məsələlər haqqında geniş fikir mübadiləsi aparılıb.

Eyni zamanda görüş zamanı, “Daha güclü Azərbaycan naminə!” seçki devizi altında növbəti 5 ildə də Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində daha yüksək nailiyyətlər əldə edəcəyindən danışılıb.

Görüşdə iştirak edən seçicilər Yeni Azərbaycan Partiyasını dəstəklədiklərini və partiyanın namizədinə yekdilliklə səs verəcəklərini bildiriblər.

UTVİNFO xəbər

 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Rahman Cebiyev Rahman Cebiyev iletisimutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR