VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 10 Ekim 2019 14:00:03

0 Şərh

Dəfə Oxundu.

İrandan Azərbaycana yarım ton narkotik gətirən şəxs bəraət aldı

İrandan Azərbaycana yarım ton narkotik gətirən şəxs bəraət aldı

Lənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Nəsrulla Abbasovun cinayət işi üzrə məhkəmə başa çatıb. 

UTVİNFO xəbər verir ki, bu barədə vəkil Anar Qasımlı məlumat yayıb.

O qeyd edib ki, məhkəmə hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi görmədiyi üçün N. Abbasova bəraət verib. O, məhkəmə iclas zalından azadlığa buraxılıb. 

İttihama görə, Nəsrulla Abbasov İrandan Azərbaycana 500 kilo 635 qram narkotik vasitə keçirmək istəyən zaman yaxalanıb. O, gətirdiyi nakotik vasitəni Polşaya göndərməli imiş.

İstintaq orqanı tərəfindən Nəsrulla Abbasovun barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək) və 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali  Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR