BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 29 Nisan 2019 12:00:44

0 Şərh

Dəfə Oxundu.

Kaşıkçı cinayətində şübhəli bilinən casus həbsxanada intihar etdi

Kaşıkçı cinayətində şübhəli bilinən casus həbsxanada intihar etdi

Türkiyədə qətlə yetirilən Səudiyyə Ərəbistanından olan jurnalist Camal Kaşıkçının ölümündə şübhəli bilinən və İstanbulda saxlanılan BƏƏ casuslarından biri həbsxanada intihar edib. 

Aksam.com.tr xəbər verir ki, məsələ ilə bağlı İstanbul Baş Prokurorluğu məlumat yayıb. 

Bildirilir ki, Zaki Hasanın cəsədi dünən saxlanıldığı həbsxananın hamam otağında asılı vəziyyətdə aşkar edilib. 

Qeyd edək ki, Kaşıkçı oktyabrın 2-də nişanlısı ilə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna gedib. Saat 13:14-də binaya daxil olan jurnalist bir daha oradan çıxmayıb. Onun konsulluq binasında qətlə yetirildiyi iddia olunur. 

Həmin qətldə şübhəli bilinən və BƏƏ vətəndaşı olan iki nəfər bir neçə gün öncə İstanbulda saxlanılıb. Onların cinayətlə əlaqəsi araşdırılır.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR