VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 11 Ocak 2020 19:17:01

0 Şərh

Dəfə Oxundu.

KİRAYƏDƏ YAŞAYAN YATAQ XƏSTƏSİ KÖMƏK İSTƏYİR - YARDIMLI SAKİNİ

Redaksiyamıza ardı-arası kəsilməyən, müxtəlif mövzularda şikayət və müraciətlər gəlməkdə davam edir. 

Bu dəfə diqqətimizi çəkən, Yardımlı rayonundan olan yataq xəstəsi İlkin Qaraşovun ürəkağrıdan müraciəti oldu. 

İlkin Qaraşov əlil arabasında aidiyyatı qurumlara üz tutsa da, qapıdan qovulduğunu deyir.  Hazırda Lökbatan qəsəbəsində ailəsi ilə kirayədə yaşayan İlkin Qaraşov xəstəlikdən və maddi sıxıntıdan əziyyət çəkdiyini, lakin heç kimin onunla maraqlanmadığını göz yaşları ilə dilə gətirir. 

Artıq biz də söz tapa bilmirik. Yəni bu qədər acımasız olmuşuq ki, əlil arabasında qapıva bir xəstə gəlsin və onu qapıdan qovasan, bu dəhşətdir. Özü də bu hərəkəti sadə bir vətəndaş deyil, dövlət məmuru etsin. 

Qeyd edək ki, Yardımlı rayon İcra hakimiyyəti ilə bağlı xəbərlərimiz yayımlanmışdır. Əgər Yardımlı RİH-ti normal işləsəydi, yəqin ki, yataq xəstəsi ailəsini də götürüb kirayədə yaşamaq üçün Bakıya üz tutmazdı. 

UTVİNFO olaraq, İlkin Qaraşovun müraciətini araşdırmaq qərarına gəldik. Əməkdaşlarımıza bununla bağlı müvafiq tapşırıqlar verildi. Araşdırmanın nəticəsi barədə saytımızda ətraflı məlumat dərc olunacaq. 

Düşünürük ki, ailə üzvləri ilə kirayədə yaşayan bir yataq xəstəsinə hər kəs yardım əlini uzatmağa borcludur. 

Əvvəlcə, İlkin Qaraşovun bizə ünvanladığı müraciəti olduğu kimi diqqətinizə çatdırmaq istəyirik. 

Yəqin bu müraciəti oxuyan aidiyyatı qurumların məmurları azacıq da olsa xəcalət hissi keçirdəcəklər. 

"Özüm Yardımlı rayonunun Şıxhüseynli kəndində doğulmuşam.  Adım Qaraşov İlkin Xababa oğlu. 2017- ci ildə sentyabır ayının 2-də  topaq uçqunu altında qalmışam və belim sınıb, ayaqlarım qurşağdan aşağı işləmir.

Hal -hazırda Qaradağ rayonunun Lökbatan qəsəbəsində kirayə qalıram.  İki azyaşlı övladım var. Müalicələrimi davam etdirə bilmirəm, imkansızlıqdan övladlarımı da məktəbə göndərə bilmirəm.

Hansı hökümət məmurunun qapsını döyüb kömək istəyirəmsə məndən rüşvət istəyirlər,  pulumun olmadığını deyəndə, köməklik istəyəndə əlil arabamla məni idarə qapılarından qovurlar.

İndi nə edim, kimə dərdimi deyim bilmirəm.

Sizdən xahiş edirəm mənə köməklik edin, mən ağır yataq xəstəsiyəm.

Davamı var...!

UTVİNFO xəbər

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Rahman Cebiyev Rahman Cebiyev iletisimutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR