VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 02 Kasım 2019 18:10:12

0 Şərh

Dəfə Oxundu.

Köhnə maşın sahibləri üçün -GÖZLƏNİLMƏZ XƏBƏR.

Yararsız maşınların dövriyyədən çıxarılması planlaşdırılır.

UTVİNFO xəbər verir ki, Azərbaycanda hazırda istismar olunan 1 milyon 402 mindən artıq nəqliyyat vasitəsindən 35%-nin istehsal tarixi 10 ildən, 23%-nin istehsal tarixi 20 ildən, daha 19,1%-nin istehsal tarixi isə 30 ildən yuxarıdır. 

Bu fikirləri  Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.

M.Babayev qeyd edib ki, 2016-cı illə müqayisədə 2018-ci ildə avtomobil idxalı 5 dəfədən çox artıb: “Nəqliyyat sektorundan atmosferə zərərli təsirlərin azaldılması üçün ölkənin avtomobil parkının yenilənməsi, habelə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsini təşviq edən müxtəlif vergi, gömrük güzəştləri, subsidiyaların tətbiq edilməsi səmərəli ola bilər. Ölkədə ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanır”. 

Nazir onu da əlavə edib ki, Bakının nəqliyyat sektoru böyükdür: “Bizi narahat edən məsələ atılan tullantıların böyük hissəsinin nəqliyyat sektoru ilə bağlı olmasıdır. Avtomobil parkının yenilənməsinə nail olmaqla bağlı dövlət qurumları ilə danışıqlar aparılır. Çünki avtomobil parkı köhnəldikcə onun tullantıları da böyük olur”.

 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR