VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 20 Mart 2020 12:14:28

0 Şərh

Dəfə Oxundu.

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi

Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin Mülki Kollegiyasının 2019-cu il 4 mart tarixli qərarını ləğv edib. 

Bu barədə martın 19-da Konstitusiya Məhkəməsinin Plenumunun iclasında qərar çıxarılıb. 

Belə ki, Ali Məhkəmənin Mülki Kollegiyasının Q.Məmmədovun K.Gülməmmədova, A.Məmmədova, V.Rəhimova qarşı alqı-satqı müqavilələrinin və hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməsi tələbinə dair iş üzrə qərarı yoxlanılıb. 

Bildirilib ki, qərar Konstitusiyanın 60-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 416-cı, 418.1-ci və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilir.

İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılacaq. 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR