VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 05 Şubat 2020 13:48:34

0 Şərh

Dəfə Oxundu.

Könül Nurullayeva yeniyetmələrə bayram əhvalı bəxş etdi - FOTO

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası sona yaxınlaşmaqdadır. 

UTVİNFO oxu.az-a istinadən xəbər verir ki, 24 saylı Nizami birinci seçki dairəsindən namizədliyini irəli sürən Könül Nurullayeva Rüstəmov küçəsindəki 47 nömrəli binanın qarşısında bu məhəllədən olan seçicilərlə görüşüb. Daha sonra namizəd sakinlərlə birlikdə binanın qarşısında yerləşən meydançada uşaq və yeniyetmələrin futbol oyununa tamaşa ediblər.

Bundan sonra Q.Qarayev 79, 77, 73, Naxçıvanski 53, 55, 57, 57a, 67, 69, 73, Rüstəmov 54, 56, 58 ünvanlarında yaşayan yerli sakinlərlə görüşlər olub. Seçicilərin problemləri ilə maraqlanan və onların istəklərini dinləyən Könül Nurullayeva bu istiqamətdə əl-ələ verib onlarla birgə inamla və əzmlə çalışmağa söz verib.

Keşlə qəsəbəsində 5, 5a, 11, Türkmən 10/3 və Zakir 11/5 küçələrindəki mənzillərdə keçirilmiş toplantılarda isə sakinləri narahat edən məsələlərdən bir neçəsi, xüsusilə rayonun ekoloji vəziyyətinin yaxşılaşdırılması, insanların rifah səviyyələrinin yüksəldilməsi, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin sosial-məişət problemlərinin həlli, uşaq və gənclərin asudə vaxtlarının təşkili, sağlam həyat tərzinə cəlb olunmaları və onların həlli istiqamətində görülməli işlər müzakirə olunub.

Könül Nurullayeva haqqında video məlumat:

Parlament seçkilərinə namizədliyini irəli sürən Könül Nurullayeva haqqında daha ətraflı məlumatla bu linklərə daxil olaraq tanış ola bilərsiniz.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Rahman Cebiyev Rahman Cebiyev iletisimutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR