VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 18 Mart 2020 12:53:58

0 Şərh

Dəfə Oxundu.

Koronavirus plastik və polad üzərində 72 saata qədər aktiv qala bilir

Koronavirusun plastik və polad üzərində 72 saata qədər aktiv qala biləcəyi müəyyən edilib.

CNN bu barədə “New England Journal of Medicine” tibb jurnalına göndərilən məktuba əsasən məlumat yayıb.

ABŞ-da Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi, Milli Səhiyyə İnstitutu, Los-Ancelesdəki Kaliforniya və Prinston universitetlərinin mütəxəssisləri tərəfindən araşdırma aparılıb.

Tədqiqat zamanı koronavirusun mis üzərində 4 saat, kartonda 24 saata qədər, plastik və polad üzərində isə 72 saata qədər, havada kiçik damcılar şəklində 3 saat aktiv qaldığı aşkar edilib.

Əvvəlki araşdırmalara görə, atipik pnevmoniyaya səbəb olan virusun müxtəlif səthlərdə 9 günə qədər aktiv qala biləcəyi qeyd edilmişdi.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR