VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 18 Mart 2020 13:05:06

0 Şərh

Dəfə Oxundu.

Koronavirus sovuşana qədər Sahibkarların banklara olan borcu müvəqqəti dondurulsun-DEPUTATDAN TƏKLİF

Deputat İqbal Məmmədov mediaya açıqlamasında bildirib ki, "koronavirusa görə sahibkarlara dəymiş ziyanı azaltmaq üçün onların banklara olan borcları müvəqqəti dondurlmalıdır".

Deputat qeyd edib  ki, bu gün bütün ölkələr kimi Azərbaycan da koronavirusdan əziyyət çəki:
"Bilirsiniz ki, Nazirlər Kabinetinin tövsiyəsinə əsasən toylar, yas mərasimləri qadağan olunub. Eləcə də insanlarımızı bu təhlükədən qorumaq üçün xarici vətəndaşların ölkəmizə gəlişi məhdudlaşdırılıb. Təbii ki, bu iqtisadiyyatımıza, turizmə eləcə də sahibkarlığa öz mənfi təsirini göstərməkdədir. Bilirsiniz ki, bir çox sahibkarlar bankdan götürdükləri kredit vasitəsi ilə işlərini qurur və ya inkişaf etdirirlər. Bu gün koronavirusa görə həmin sahibkarların gəlirləri azaldığına görə götürdükləri krediti ödəməkdə çətinlik çəkirlər. Bilirsiniz ki, kredit ödənişi gecikən zaman əlavə faiz yazılır. Təbii ki, bu da sahibkarların vəziyyətinin daha da ağırlaşmasına səbəb olur. Ona görə də ölkəmizdə maliyyə amnistiyasının tədbiq edilməsini təklif edirəm. Belə ki, ölkədə koronavirusla bağlı təhlükə sovuşana qədər sahibkarların banklara olan borcu müvəqqəti dondurulsun. Biz bu addımla sahibkarlarımıza böyük dəstək olmuş olarıq. Bu gün sahibkarlığın inkişafı dövlətimizin əsas məqsədlərindən biridir. Cənab prezident ölkəmizdə sahibkarlığın inkişafına hər zaman dəstək olub. Düşünürəm ki, bu çətin vəziyyətdə də dövlətimiz sahibkarlarımızı tək buraxmayacaq, onlara öz dəstəyini göstərəcəkdir".

UTVİNFO xəbər

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR