VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 21 Mart 2020 16:16:24

0 Şərh

Dəfə Oxundu.

Kristal Abşeron”dan koronavirusla mübarizəyə 100 min manatlıq dəstək

“Kristal Abşeron” şirkətinin Müşahidə Şurası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manatlıq dəstək olunması ilə bağlı qərar verib.

Maliyyənin ayrılmasında məqsəd koronavirus (COVID-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması, ciddi preventiv tədbirlər həyata keçirilməsinə və pandemiyanın biznes və iqtisadiyyatın bir çox sahələrinə vurduğu təsiri qismən də olsa qarşılamağa dəstək olmaqdır.

Şirkətdən verilən açıqlamaya əsasən, şirkət eyni zamanda COVID-19 virusunun yaratdığı iqtisadi çətinliklər səbəbindən “Kristal Abşeron”a daxil olan bütün iş yerlərində heç bir ixtisar aparmayacaq. Bu müddət ərzində işçilərin xərcləri şirkət tərəfindən qarşılanacaq.

Bununla yanaşı, “Kristal Abşeron”a daxil olan ticarət obyektlərində fəaliyyət göstərən icarədarlara 2020-ci ilin mart və aprel aylarının icarə haqları üzrə endirimlər tətbiq ediləcək.

“Kristal Abşeron” bütün sahibkarları Koronavirusla Mübarizəyə Dəstək Fonduna COVID-19-la mübarizə üçün kömək etməyə və bu bəladan qurtulmaq üçün dövlətimizə dəstək olmağa çağırır.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR