VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 11 Şubat 2020 19:39:33

0 Şərh

Dəfə Oxundu.

LERİK SEÇİCİLƏRİ PARLAMENTƏ İQBAL MƏMMƏDOVU LAYİQ GÖRDÜ-FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyevin ölkədaxili siyasi arenada , sosial-iqtisadi-inkişafın təməlində ölkənin dinamik inkişaf strategiyasında yeniləşmə, gəncləşmə prinsipi ilə islahatların davamı olaraq parlamentin buraxılması, yeni Növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə nəticələndi. Azərbaycan prezidentinin müvafiq Sərəncamı ilə 9 fevral 2020-ci il tarixinə seçki günü təyin edildi.

Prezident eyni zamanda gənclərə də müraciət edərək parlament seçkilərinə qatılmasını tövsiyə etdi. Məhz ölkə prezidentin bu çağırışına kifayət qədər gənclər parlament seçkilərinə qatıldı. Respublika ərazisində seçklərə qatılan bütün namizədlər təbliğat-təşviqat kompaniyasına başladı və əksəriyyəti bu kompaniyanı uğurla başa çatdırdı.

Lakin bir çox regionlarda xoşagəlməz hallar da baş verdi. Bu xoşagəlməz hallarda təqsirli şəxslər də var idi, bilərəkdən şəffaf, demokratik seçkilərə kölgə salmaq niyyətində olanlarda tapıldı.

Bu xoşagəlməz kompaniya ən çox 78 saylı Lerik seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının vahid namizədi İqbal Məmmədova qarşı aparıldı.

Bu kompaniyada əsas yer alan, müxalif düşüncəli, əslində rayon əhalisi tərəfindən qəbul edilməyən bir neçə namizəd tərəfindən aparılan qeyri-səmimi, əsassız, heç bir fakta söykənməyən, öyrədilmiş şəxslərdən müsahibələr almaq yolu ilə aparılan əks təbliğatın qəhrəmanına çevrilən, məqsədyönlü şəkildə qazanc əldə etmək niyyətinə bulaşmış  namizədlər və onlara dəstək verən bəzi saytlar idi ki, 9 fevral tarixində Lerik seçiciləri öz aktivliyi və səmimiliyi ilə həmin qara niyyətli şəxslərin cavabını layiqincə verdi.

Əslində bu qara kompaniyanın qeyri obyektiv və məqsədyönlü olduğunu bilsək də, yenə bu faktların reallıqda nə dərəcədə həqiqi, obyektiv və ədalətli olmasını aydınlaşdırmaq məqsədilə, 9 fevral tarixində seçkini müşahidə etmək üçün seçki monitoringi aparmaq məqsədilə Ümid Tv Azərbaycan kanalının xüsusi əməkdaşları Lerik rayonuna ezam olundu.

Seçki günü Lerik rayonunda sərt hava şəraiti müşahidə olunurdu. Demək olar ki, şəhərin mərkəzindən tutmuş kəndlərə qədər Lerik şəhərini qar bürümüşdü. Şaxtalı hava şərati bizdə də elə bir təsəvvür yaratdı ki, bu şaxtalı havada seçici aktivliyini müşahidə etmək mümkün olmayacaq.

Əksinə, monitoring keçirtdiyimiz seçki məntəqələrində seçici aktivliyinin şahidi olduq. Məntəqələrdə olduğumuz zaman obyektivliyi təmin etmək məqsədilə ilk öncə müstəqil müşahidəçilərin səsvermə ilə bağlı fikirlərini öyrənməyə üstünlük verdik. Seçki məntəqələrində istər müstəqil müşahidəçilər, istərsə də namizədlərin təyin etdiyi müşçahidəçilər Lerik seçki məntəqələrində səsvermənin seçicilərin aktivliyi ilə keçməsi, Seçki Məcəlləsinin tələblərinin pozulması hallarının baş vermədiyi, Lerikdə seçkinin  tam şəffaf və demokratik şəraitdə keçməsi dilə gətirildi.

Qeyd edək ki, Lerikdə seçki monitoringi apardığımız müddətdə demək olar ki, bütün məntəqələrdən informasiya almaq üçün könüllü əməkdaşlarımız həmin məntəqələrdən bizə real məlumatları çatdırırdılar.

Ümid Tv olaraq biz, Lerik rayonunda keçirilən səsverməni müşahidə etdiyimiz müddətdə, heç bir qanun pozuntusunun şahidi olmadığımız hal da, bəzi məqsədyönlü sayıtlar bir neçə namizədlə birləşərək bu rayonda sözün həqiqi mənasında baş tutan tam şəffaf və demokratik seçkiyə kölgə salmaq niyyəti ilə sosial şəbəkələrdə həqiqəti əks etdirməyən video kadrları yayımlamağa başladılar. Təəssüflər olsun ki, bu qara niyyətlilər anlamadılar ki, onların iç üzünü Lerik əhalisi səsvermənin son nəticəsi ilə açıb ortaya qoyacaq.

Bəli, baş  tutan seçkinin son nəticəsi, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının 78 saylı Lerik seçki dairəsindən vahid namizədi İqbal Məmmədova, Lerik əhalisinin yüksək etimadı ilə başa çatdı. Lerik rayonunun sədaqətli seçiciləri Yeni Azərbaycan Partiyasına yüksək etimadını nümayiş etdirərək, vahid namizədi olan İqbal Məmmədovu Azərbaycan Parlamentinə layiq gördülər.

 Bununla da qaraniyyətlilərin Lerik rayonunda keçirilən şəffaf və demokratik seçkilərə kölgə salmaq niyyətləri boşa çıxdı. Lerik əhalisi aktiv səsvermə ilə bu qaraniyyətlilərin cavabını layiqincə verdi.

Seçki başa çatdıqdan sonra İqbal Məmmədov, YAP-nın Lerik rayon təşkilatının sədri və üzvləri, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərə ehtiramını ifadə edərək, abidənin önünə tər gül çiçəkləri düzdülər. Daha sonra İqbal Məmmədov, şaxtalı və qarlı havada meydana toplaşan seçicilərin önünə keçərək onlara bu yüksək etimada görə təşəkkürünü bildirdi və seçicilərin etimadlarını doğruldacağını diqqətə çatdırdı.

Xatırladaq ki, Respublika üzrə keçirilən Növbədənkənar Parlament seçkilərində 78 saylı Lerik seçki dairəsi, şəffaflığı və demokratikliyi ilə Azərbaycanda bir tarix yazdı.

Bu seçkidə seçicilərin yüksək səsini qazanan, bütün namizədləri geridə qoyan, Lerikin ağsaqqal siması olan, xeyirxahlığı, səmimiliyi və yüksək potensiallığı ilə seçilən Milli Məclisin deputatı İqbal Məmmədovu, Ümid Şirkətləır Qrupu və Ümid Teleradio Yayım Şirkətinin rəhbər və kollektivi adından səmimi qəlbdən təbrik edirik, ona gələcək fəaliyyətində uğurlar arzu edirik.

 İnanırıq ki, sədaqətli Lerik əhalisi bundan sonra da öz deputatını dəstəkləyəcək və buna zərrə belə şübhəmiz qalmadı.

Lerik rayonunda apardığımız Seçki monitorinqi ilə bağlı xüsusi reportajımız, Ümid Tv Azərbaycan kanalında izləyicilərə təqdim olunacaq. 

Rəhman Cəbiyev / Xüsusilə UTVİNFO üçün.

 

 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Rahman Cebiyev Rahman Cebiyev iletisimutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR