VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 21 Şubat 2020 12:22:36

0 Şərh

Dəfə Oxundu.

Lerikdə eyni yoldan bu il də UAZ dərəyə aşdı-ÖLƏN VƏ YARALANANLAR VAR !

Lerik rayonunun Orand kənd yolunda ağır yol qəzası baş verib.

UTVİNFO  xəbər verir ki, hadisə Orand kəndi ərazisində çətin keçilən dağ yolunda qeydə alınıb. Orand-Lerik yolunda qeydə alınan hadisə nəticəsində 1988-ci il təvəllüdlü Xəqani Orucəli oğlu Rəhimov və onun 2 yaşlı oğlu Hüseyn Xəqani oğlu Rəhimzadə ölüb. Xəsarət alanlar isə bunlardır: Elnarə Hacıbaba qızı Rəhimli (1993-ci il təvəllüdlü, ölən uşağın anası), Zəhra Xəqani qızı Rəhimli (2012-ci il), Nigar Xəqani qızı Rəhimli (2016-cıı il təvəllüdlü) və Hüseynəli Faiq oğlu Rəhimli (2017- ci il təvəllüdlü). Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qəzada travma alan 1989-cu il təvəllüdlü Mail Musa oğlu Rüstəmov isə Lerik Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qeyd edək ki, sürücü Mail Musa oğlu Rüstəmovun idarə etdiyi “UAZ” markalı avtomobilin yoldan çıxaraq dərəyə aşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Ölənlər və xəsarət alan 3 nəfər bir ailənin üzvləridir və Zuvand kənd sakinləridir.

Allah dünyasını dəyişənlərə rəhmət eləsin, yaxınlarına səbr, yaralılara şəfa diləyirik.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR