VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 19 Mart 2020 15:43:48

0 Şərh

Dəfə Oxundu.

Leyla Əliyevanın dəstəyi ilə azərbaycanlı tələbələr Rusiyadan vətənə gətiriliblər

Koronavirus (COVİD-19) infeksiyasının dünyada pandemiya halını aldığı və ölkələrin bununla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər gördüyü, o cümlədən, təhsil müəssisələrində tədrisin dayandırıldığı məlumdur. 

Bu xüsusda, Rusiyanın müxtəlif ali təhsil müəssisələrinin tələbə yataqxanalarının karantinə bağlanması ilə əlaqədar bu şəhərdə təhsil alan bəzi azərbaycanlı tələbələr yaşayış yeri problemi ilə üzləşiblər.

Bu mürəkkəb vəziyyətlə qarşılaşan tələbələrimizin müraciətlərini nəzərə alaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla xanım Əliyevanın tapşırığı ilə təşkilat Rusiyada təhsil alan azərbaycanlı tələbələrin Azərbaycana qayıtmasını təmin edib. 

Ötən gecə vətənə qayıdan tələbələrin səhhətlərində heç bir problem aşkarlanmayıb.

Xarici ölkələrdə təhsil alan digər tələbələrin məskunlaşdıqları ölkədə tətbiq edilən xüsusi rejimə, karantin qaydalarına riayət etmələri, təxliyyə zərurəti yarandığı halda təcili olaraq həmin ölkələrdəki səfirliklərimizə və digər aidiyyəti təşkilatlara məlumat vermələri tövsiyə olunur.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR