BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 19 Mayıs 2019 11:40:11

0 Şərh

Dəfə Oxundu.

Madonnanın “Eurovision”da Fələstin mesajı qalmaqala səbəb oldu

Madonnanın “Eurovision”da Fələstin mesajı qalmaqala səbəb oldu

Pop-kraliça Madonnanın “Eurovision-2019” yarışmasının finalında “Fələstin” mesajı qalmaqala səbəb olub. 

UTVİNFO xəbər verir ki, sənətçi bir çox ölkələrdən ona qarşı gələn etirazlara baxmayaraq, səhnə aldığı Tel-Əviv Ekspo Mərkəzinin səhnəsinə çıxaraq 8 dəqiqəlik perfomans nümayiş etdirib. 

Madonna repertuarında yer alan iki mahnı səsləndirib. Pop ulduzun ifa etdiyi “Future” mahnısı zamanı səhnəyə çıxan iki rəqqas diqqət çəkib. Rəqqaslardan birinin üzərində Fələstin, digərinin üzərində İsrail bayrağı olması gecədə təzadlı fikirlərə yol açıb. 

Yaranmış qalmaqallı olayla bağlı yarışmanın təşkilatçıları açıqlama yayıblar. Onlar bildiriblər ki, Madonnanın çıxışı zamanı bayraqların nümayişi Avropa Yayım Şurası və İsrail Milli Teleradio şirkəti ilə razılaşdırılmayıb. 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR