BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 12 Temmuz 2019 13:00:17

0 Şərh

Dəfə Oxundu.

Masallıdakı ağır qəzanın səbəbkarı olan sürücü: Az qalıb, 240-la gedəcəm - FOTO

Masallıdakı ağır qəzanın səbəbkarı olan sürücü: Az qalıb, 240-la gedəcəm

Bir neçə gün öncə Masallıda səkkiz nəfərin ölümü ilə nəticələnən qəzanın səbəbkarı Nizami Mustafayevlə bağlı yeni faktlar məlum olub.

Oxu.Az xəbər verir ki, N.Mustafayev sosial şəbəkə hesabında tanışlarına avtomobili saatda 160 kilometr sürətlə idarə edərkən sürətölçənin görüntülərini paylaşıb.

 

Sürücünün tanışlarından biri bu fotoya “Qaqa, 240 getmir bu?” şərhini yazıb. N.Mustafayev isə buna cavab olaraq, “Az qalıb, gedəcək” fikirlərini yazıb. 

Sosial şəbəkə hesabından məlum olur ki, N.Mustafayev bundan əvvəl 99-FH-458 dövlət nömrə nişanlı, “Ford” markalı mikroavtobusu idarə edib. 

Qeyd edək ki, hadisə iyulun 9-da Masallı rayonu ərazisində baş verib. N.Mustafayev idarə etdiyi 99-LN-458 dövlət nömrə nişanlı, “Mersedes Vito” markalı maşınla eyni istiqamətdə hərəkət edən “KAMAZ”a çırpılıb. Hadisə nəticəsində səkkiz nəfər ölüb. 

Məlumat üçün bildirək ki, bu barədə faktı ilk olaraq Unikal.org saytı araşdıraraq ortaya çıxarıb.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR