BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 11 Temmuz 2019 16:10:13

0 Şərh

Dəfə Oxundu.

Mehriban Əliyevadan Yalçın Rzazadə ilə bağlı - TAPŞIRIQ

Mehriban Əliyevadan Yalçın Rzazadə ilə bağlı - TAPŞIRIQ

Heydər Əliyev Fondu Xalq artisti Yalçın Rzazadənin səhhəti bağlı məsələni nəzarətə götürüb. Bununla bağlı Fondun Prezidenti, Birinci vitse-prezident Mehriban Əliyeva xüsusi tapşırıq verib.

UTVİNFO xəbər verir ki, səhhətində son zamanlar yaranmış narahatlıqlarla əlaqədar müğənni Heydər Əliyev Fondunun dəstəyi ilə tam müayinə və müalicə kursu keçəcək.

Qeyd edək ki, bu gün Y.Rzazadənin Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilməsi ilə bağlı xəbər yayılmışdı. Müğənninin oğlu Yusif Rzazadə atasının üç gündür səhhətinin yaxşı olmadığını, qanında zəhərlənmə aşkarlandığını və ürəyində problemlər olduğunu bildirmişdi.

Günorta saatlarında Y.Rzazadə xəstəxanadan evə buraxılmışdı.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR