VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 18 Mart 2020 15:12:07

0 Şərh

Dəfə Oxundu.

Mehriban xanımın müraciəti onun vətəndaşlarımıza göstərdiyi qayğı və diqqətini bir daha sübut etdi - İqbal Məmmədov

"Azərbaycanın Birinci xanımı Mehriban xanım Əliyeva hər zaman xalqının yanında olaraq, öz dəstəyini göstərib".

Bunu Sonxeber.az-a millət vəkili İqbal Məmmədov deyib. O, bildirib ki, vəzifəsindən, tutduğu mövqedən asılı olmayaraq Mehriban xanım yardıma ehtiyacı olan hər kəsə öz kömək əlini uzadıb:
"Bilirsiniz ki, Mehriban xanım bir çox qazimizə, xalq artsistlərinə, şəhid ailələrinin üzvlərinə həm maddi, həm də mənəvi cəhətdən kömək edib. Bu gün ölkəmizdə mövcud olan koronavirus təhlükəsində də Mehriban xanım xalqımızı tək qoymadı. Təəssüf ki, bütün ölkələr kimi Azərbaycanda da koronavirus bəlası var. Dövlətimiz, cənab prezidentimiz və Azərbaycanın Birinci vitse-prezidenti insanlarımızı bu bəladan qorumaq üçün bütün lazımı tədbirləri artırır. Ölkəmizdə koronavirusa yoluxanlarının sayının artmaması üçün bütün qüvvələr səfərbər olunub. Dövlət strukturları birgə fəaliyyət göstərməkdədir. Qeyd edim ki, dövlətimiz tərəfindən koronavirusla müabrizə lazımı şəkildə aparılmaqdadır. Bu məsələdə vətəndaşlarımız da dövlət tərəfindən görülən tədbirlərə dəstək olmalı, şəxsi gigiyena qaydalarına riayət etməlidir.Düşünürəm ki, bu gün Mehriban xanımın müraciəti onun vətəndaşlarımıza göstərdiyi qayğı və diqqətini bir daha sübut etdi".

Aysel Yusifqızı

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR