BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 03 Haziran 2019 09:40:21

0 Şərh

Dəfə Oxundu.

Meydana yarıçılpaq çıxan modelin “Instagram” hesabı bağlandı

Meydana yarıçılpaq çıxan modelin “Instagram” hesabı bağlandı

UEFA Çempionlar Liqasının iyunun 1-də Madriddə keçirilmiş final oyununda meydana yarıçılpaq vəziyyətdə çıxan amerikalı aktrisa, model Kinsi Volanskinin “Instagram”dakı hesabı bağlanıb.

UTVİNFO xəbər verir ki, K.Volanski İngiltərənin “Liverpul” və “Tottenhem” klublarının qarşılaşdığı final matçının 20-ci dəqiqəsində stadionun təhlükəsizlik əməkdaşlarının gözündən yayınaraq meydana daxil olmuş, bununla da oyunun bir neçə dəqiqə dayanmasına səbəb olmuşdu.

Bundan sonra modelin “Instagram”dakı səhifəsinin izləyicilərinin sayı bir neçə dəqiqə ərzində 10 minlərlə artmışdı

Qeyd edək ki, K.Volanski rusiyalı bloqer, “YouTube”da 2,2 milyon izləyicisi olan “Vitaly Uncensored” səhifəsinin təsisçisi Vitali Zdorovetskinin sevgilisidir. Model meydana üzərində məhz “Vitaly Uncensored” yazılmış köynəkdə çıxmışdı.

Xatırladaq ki, finalda “Liverpul” “Tottenhem”i 2:0 hesabı ilə məğlub edərək Çempionlar Liqasının qalibi olub.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR