VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 06 Şubat 2020 15:41:19

0 Şərh

Dəfə Oxundu.

Məhkəmə yalan məlumat yayan media orqanları barədə qərar verdi - RƏSMİ

Sabunçu Rayon Məhkəməsi “Bakı Metropoliteni” QSC haqqında yanlış məlumatlar yayan media orqanları barədə iddia ərizəsinə baxıb.

Məhkəmənin qərarı ilə “Bakı Metropoliteni” QSC-nin tələbi təmin edilib.

Belə ki, məhkəmə “Bakı Metropoliteni” QSC barəsində həqiqətə uyğun olmayan məlumatların yayımına görə pressinfo.az saytının baş redaktoru Əhmədova Nüşabə Bəyoğlan qızının yazılı şəkildə həmin internet saytında yerləşdirilməklə üzr istəməsi və rəhbərlik etdiyi saytda yerləşdirdiyi bütün materialları “Təkzib” başlığı altında yerləşdirməsinə qərar verib.

Eyni zamanda, məhkəmənin qətnaməsi ilə Şixəliyev Fikrət Sərvər oğlu, Abdullayev Nazim Mədət oğlu, Əhmədova Nüşabə Bəyoğlan qızı, Rzayev Asif Mirzə oğlu və Mustafayev Hüseyn Əziz oğlundan müştərək qaydada vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat pul tutularaq “Bakı Metropoliteni” QSC-nin xeyrinə ödənilməsi qət edilib.

UTVİNFO xəbər

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR