VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 18 Eylül 2019 23:14:50

0 Şərh

Dəfə Oxundu.

Minlərlə abonent qazsız qalacaq-FOTOLAR

Xətlər zədələndi, minlərlə abonent qazsız qaldı


UTVİNFO-nun məlumatın görə, Şamaxı və Goranboyda qaz xətlərinin zədələnməsi bu rayonlarda təbii qaz təminatında fasilələr yaradıb.
 

“Azəriqaz İB”dən əldə etdiyimiz məlumata görə Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində texnika 160 mm diametrində polietilen qaz kəmərini zədələyib.

Bu səbəbdən qəsəbədə qaz təchizatı dayandırılıb.

Goranboy rayonunun Balakürd kəndində isə bir nəfərin ölümü ilə nəticələnən qəzada minik avtomobili idarəetməni itirərək yolun kənarındakı diametri 219 mm olan orta təzyiqli qaz kəmərinə çırpılıb.

Qaz kəməri iki yerdən qırılıb və üç yaşayış məntəqəsində mindən çox abonentin qaz təminatı dayandırılıb.

Səhər saatlarında qazın verilişi üçün bərpa işləri aparılacaq.
 

 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR