VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 12 Eylül 2019 11:44:50

0 Şərh

Dəfə Oxundu.

Mirşahin Ağayev ailəsinin, nəslinin təhqirə məruz qalmasından narahatdı.-VİDEO

Mirşahin Ağayev ailəsinin, nəslinin təhqirə məruz qalmasından narahatdı.

UTVİNFO-nun məlumatın görə Ötən gün Bakıda siyasi partiyaların iştirakıyla uzun illərdən sonra baş tutan müzakirə bir sıra maraqlı  çıxışlar  yadda  qalıb.

Dəyirmi masada qarşılıqlı ittihamlar səsləndirilib, ayrı-ayrı şəxslərə atmacalar atılıb. Belə atmacalardan biri də REAL TV-nin rəhbəri Mirşahin Ağayevlə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu arasında baş verib.

Belə ki, tədbirdə çıxış edən M. Ağayev Azərbaycana xaricdən aparılan kampaniyanın adını terror elan etdiyini vurğulayıb:

“Burada həm siyasi, həm də mənəvi terror var. Onun qurbanlarından biri kimi burada rahat danışa bilirəm. Mənim ailəmin, mənsub olduğum nəslin necə təhqir edildiyini bilirsiniz. Təəssüf edirəm ki, bizim mühacirlərin idealı da yoxdur. Onlar öndər olaraq akademik Cəlal Əliyevi seçiblər. Mən dövlət müstəqilliyinin tərəfindəyəm”.

Bu zaman Sərdar Cəlaloğlu Ağayevin çıxışına müdaxilə edib. TV rəhbəri isə ondan sözünü kəsməməyini istəyib. “Siz sözümü yalnız o halda kəsə bilərsiniz ki, Qurban Məmmədovun sözünü kəsin”-deyə ona cavab verib. Bu zaman partiya sədri “Allah Cəlal Əliyevə rəhmət eləsin” ifadəsini işlədib. 

 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR