VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 10 Kasım 2019 09:45:23

0 Şərh

Dəfə Oxundu.

Mixael Şumaxerin həyat yoldaşı yaşadıqları faciədən sonra ilk dəfə müsahibə verdi

Mixael Şumaxerin həyat yoldaşı yaşadıqları faciədən sonra ilk dəfə müsahibə verdi

UTVİNFO xəbər verir ki, dünya şöhrətli “Formula 1” pilotu Mixael Şumaxerin həyat yoldaşı Korinna Şumaxer məlum qəzadan sonra ilk dəfə yazılı mətbuatda geniş müsahibə ilə çıxış edib.

Almaniyanın “She's” jurnalına müsahibə verən Korinna müsahibə boyunca həyat yoldaşını tərifləyib.

Söhbətinin əsas hissəsi atlara marağından olan Korinna qeyd edib ki, yaşadıqları faciədən sonra qızı Cina Maria və özünü ayaqda saxlayan əsas şey atlarla maraqlanmaqları olub:

“Bu faciədə ayaqda qala bildiyimiz üçün Mixaelə borcluyuq. Mənə evlilik ildönümündə hədiyyə etdiyi ferma olmasaydı, atlarla bu qədər maraqlanmaz, bu qədər güclü olmazdıq”.

Qızı Cina Maria da atasının atlarla bağlı ona verdiyi məsləhəti xatırlayıb:

“Maşın sürsən, işin qurtarandan sonra qaraja sürərsən, vəssalam. Amma bir at bazaar günləri belə ona baxmağına möhtac olacaqdır”.

Cina məşğul olduğu idman növündə qızıl medal qazanmasınd atasına borclu olduğunu dilə gətirib.

Korinnanın hazırda iki ferması, 40 atı var.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali  Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR