VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 25 Mart 2020 19:11:08

0 Şərh

Dəfə Oxundu.

MÜBARİZ MƏNSİMOVU MÜDAFİƏ EDƏNLƏRİ ERMƏNİLƏRİN DOSTU ADLANDIRANLAR AZƏRBAYCANLI OLA BİLMƏZ – Rəhman Cəbiyev

Son zamanlar bəzi internet saytlarında, hazırda Türkiyədə Feto/Pyd istintaq araşdırması səbəbindən həbsdə olan Azərbaycanlı xeyriyyəçi iş adamı Mübariz Mənsimov haqqında xoşagəlməz məlumatlar tirajlanmaqdadır.

Əziz oxucular !

Ən acınacaqlısı odur ki, Mübarizi şəxsən tanımayan, həyat yoluna bələd olmayan, gözükor olmuşlar kimi onun,  Azərbaycan və Türkiyə dövlətləri üçün nələr etdiyini, Azərbaycan və Türkiyəni dünyada hansı yolla tanıtdırdığını, neçə-neçə xəstələrin şəfa mənbəyi olduğunu, evsizə ev bağışladığını görməzdən gələnlər, erməni təxribatına kölə olmaqla, Mübariz Mənsimovun haqqında həqiqətə uyğun olmayan yazıları öz saytlarında dərc etməkdə davam edirlər. Əslində həmin yazarlar bilərəkdən Mübariz Mənsimovu dəstəkləyənlər arasında süni çaşqınlıq yaratmaqla, ictimaiyyətin diqqətini bu məsələdən yayındırmağa çalışırlar. Hal bu ki, həmin saytlar və saytın yazarları, bu hərəkətləri ilə özləri də bilmədən erməni təxribatının köləsinə çevrilirlər.

Bəlkə də bu yazını dərc etməzdim. Çünki sözügedən tipdə olan yazarlara sadəcə yazığım gəlir. Ona görə yazığım gəlir ki, bu məxluqlar kimlərinsə təsiri altında, nəyinsə müqabilində belə xoşagəlməz yazıları dərc edib tirajlayırlar. Tirajladıqları həqiqətə uyğun olmayan məlumatların, əslində təxribat xarakterli olduğunu heç özləri də anlamırlar. Çünki belələri, sözün əsil mənasında yazar deyillər.

Təsəvvür edin ki, Mübariz Mənsimov həbs olunan tarixdən bu günə qədər, sayı-hesabı bilinməyən qədər Azərbaycanlılar dünyanın hər yerindən etiraz səslərini ucaldırlar. Eyni zamanda azərbaycanlılarla yanaşı  Türkiyə vətəndaşlarından olan insanlarda məlum hadisəyə etiraz edərək tezliklə ədalətin bərqərar olunacağını bəyan edirlər.

İndi fikir verək, bu qədər insanı erməninin dostları adlandırmaq nə dərəcədə düzgün bir yanaşmadır və ya bir azərbaycanlı iş adamını müdafiə edən böyük bir insan ordusuna ermənipərəst demək, qanı azərbaycanlı qanı olan bir yazar belə bir xoşagəlməz anlayışdan istifadə edərmi ?

Düşünürəm ki, əsil azərbaycanlı belə bir ifadəni dilinə belə gətirməz !

Lakin Azərbaycanımızda yaşayan bəzi yazarlar saytlarda məhz bu ifadələrlə yazılar dərc etməkdə davam edirlər.

Həmin şəxslərə sadəcə bir söz demək istəyirəm. Tarix sübut edir ki, sizin kimilər daha əvvəllər də mövcud olub və eyni düşüncə ilə təbliğat kompaniyası aparıblar. Məhz sizə bənzərlərin ucbatəndan həmin vaxtlar  Zəngəzurumuz, Göyçəmiz ermənilərin tapdağı altına keçdi. Bu gün də sizin kimlərin üzündən torpaqlarımız işğal altındadır. Çünki, yıxılana balta vuranların, azərbaycanlıya erməni deyənlərin, öz azərbaycanlısını müdafiə etmək əvəzinə onu haqsız ləkələməyə çalışanların vətəni olmur !

İstərdim ki, hər kəs bilsin.

Biz sadəcə əslən Azərbaycanlı olan, min bir əziyyətlə halal imkanlara sahib olan, xəstələrin səsinə səs verən, evsizə ev verən, Azərbaycan kimi bir dövlətin bayrağını  dəniz səmalarında bütün dünyada tanıtdıran, Azərbaycan və Türkiyəni dünya miqyasında təbliğ edən nümunəvi bir Azərbaycanlı iş adamının azadlığa qovuşması üçün Türkiyə dövlətinə müraciət edirik.

Məqsədimiz yalnız budur !

Sosial şəbəkələrdə, xoşagəlməz rəylər yazanlar, təhqir edənlər, bu və ya digər formada aqressiv müraciət edənlər, yalnız təxribat törətmək düşüncəsində olanlardır, həmin şəxslər iki qardaş ölkə arasında nifağ salmağa cəhd edən təxribatçılardır. Biz həmin şəxslərin hərəkətlərini qətiyyətlə pisləyirik və ictimaiyyəti həmin təxribatçılara əhəmiyyət verməməyə çağırırıq.

Mən, və mənim kimi düşünənlər, Türkiyə dövlətinin hüquq sisteminin ədalətinə güvənirik və əminik ki, Mübariz Mənsimov kimi bir şəxsiyyətin hər hansı bir terror qruplaşması ilə əlaqəsinin olmamması qısa bir zamanda tam sübuta yetəcək. Mübariz Mənsimovun tezliklə azad olacağına inanırıq.

Ona da inanırıq ki, təxribat düşüncəli yazarların həmin vaxt Mübariz Mənsimov haqqında tərif dolu yazılarının şahidi olacağıq. Çünki onaların xarakterik peşəsi məhz bundan ibarətdir.

Hörmətlə

Rəhman Cəbiyev / Xüsusilə UTVİNFO üçün

 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR