VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 18 Mart 2020 14:10:00

0 Şərh

Dəfə Oxundu.

Mübariz Mənsimovun azad edilməsi üçün hər birimiz çalışmalıyıq-RƏHMAN CƏBİYEV

Azərbaycanlı iş adamı, tanınmış xeyriyyəçi Mübariz Mənsimovun həbs olunması, Azərbaycanda da birmənalı qarşılanmadı. Bu günə qədər olan analizlər göstərir ki, sösial şəbəkədə ən çox etiraz edən sadə Azərbaycan vətəndaşlarıdır.  Vətəndaşlarla yanaşı, tanınmışlardan hələ ki, Mübariz Mənsimovun həbsini etirazla qarşılayan Xalq artistlərindən Afaq Bəşirqızını, Baloğlan Əşrəfovu, sevilən bəstəkar Sevinc Tofiqqızını və bir neçəsinin adını sadlamaq olar ki, onlar öz narahatlıqlarını özünəməxsus qaydada ifadə ediblər. Media nümayəndələrindən isə hələ ki, Fuad Abbasovun aktivliyini görmək mümkündür. 

Görünın budur ki, bu gün dünyanın gözü qarşısında haqsızlıqla üz-üzə duran Mübariz Mənsimovun ictimai müdafiəyə ehtiyacı var. Bu gün hər bir Azərbaycanlı xeyirsevər iş adamı Mübariz Mənsimovun azad olunması üçün əlindən gələni etməlidir.  O cümlədən  xeyirsevər iş adamından dəstək görənlər də özlərində azacıq da olsa bir narahatçılıq hiss etməlidirlər.

Türkiyə dövlətinin mövcud məsələyə münasibətinə gəldikdə isə, qeyd etmək istəyirəm ki, Türkiyə iqtisadiyyatına kifayət qədər iş fəaliyyəti ilə xeyir verən, Türkiyədə təhsil alan tələblərə maddi dəstək verən, istər Türkiyədə, istərsə də Azərbaycanda ehtiyacı olanlara, dəstək olan, ağır xəstələrin müalicə xərclərini qarşılayan bir işl adamının  anidən həbs olunması, heç də xoşagələn bir hal kimi qiymətləndirilə bilməz.  Dünyada böyük ictimai təsirə malik olan sosial mediadan da görünür ki, ictimaiyyət tərəfindən qardaş Türkiyə dövlətinin atdığı bu addım normal qəbul edilmir. 

Sosial şəbəkələrdə insanlar qardaş ölkənin atdığı bu addımı aqressiya ilə cavablandırır. 

Düşünürəm ki, Azərbaycan ictimaiyyəti bu məsələyə ehtiyatla yanaşmalı, yaranan vəziyyətlə bağlı səsləndirilən fikirlər iki dövlət arasında olan  qardaşlıq münasibətlərinə kölgə salmağa xidmət etməməlidir. Azərbaycan və Türkiyə Konstitusion quruluşa malik hüquqi dövlətlərdir, hər iki dövlət Qanunla idarə olunur.

Nəzərə almaq lazımdır ki, xeyirxahlığı ilə tanınan iş adamı Mübariz Mənsimov Türkiyə dövlətinin vətəndaşıdır. Bir Azərbaycanlı olaraq bizim bu məsələyə fərdi və ya ictimai münasibətimiz yalnız, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət etməklə, Mübariz Mənsimovun azad edilməsinə köməklik göstərilməsini xahiş etməkdir. İnanırıq ki, Türkiyə dövlətinin lideri Azərbaycan ictimaiyyətinin, eyni zamanda Türkiyə ictimaiyyətinin Mübariz Mənsimovla bağlı olan  mövqeyini nəzərə alacaq. 

Onu da qeyd edək ki, Mübariz Mənsimov ilk saxlanılan gündən Ümid Tv olaraq biz də narahatçılığımızı ifadə etmişik və ictimai fikrimizi səsləndirmişik.

Sabahdan etibarən, Ümid Tv Azərbaycan kanalı olaraq, Mübariz Mənsimovun azadlığa buraxılması üçün, Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğana müraciət formasında imza toplama kampaniyasına start veriləcək. Hər bir Azərbaycanlını bu imza toplama kompaniyasına qoşulmağa çağırırıq.

Məlumata görə. Mübariz bəy aclıq aksiyasına başlayıb. Yenicə əməliyyat olunmasını nəzərə alsaq, bu addım onun həyatını riskə ata bilər. Bu baxımdan bir azərbaycanlı olaraq hər birimiz aktiv olmalıyıq. Sabah səhər saatlarından yayımda olacaq "Sərbəst efir" proqramında, birbaşa yayımda, bu barədə ətraflı məlumat veriləcək. 

Xatırladaq ki, İstanbul Baş Prokurorluğunun Terror və Təşkilatlı Cinayətlər Soruşturma Bürosu tərəfindən, Fətullahçı Terror Təşkilatı (FETÖ) istintaqı çərçivəsində prokurorluğa gətirilən  Mübariz Mənsimov növbətçi hakim tərəfindən barəsində həbs  qərarı verilib.

Çətin məqamlarda hər bir ehtiyacı olanın yanında olmuş Mübariz Mənsimovun, hər hansı bir terror qruplaşması ilə əlaqəli olmasına qətiyyən inanmırıq və düşünürük ki, əsil həqiqət, qısa zamanda təsdiqini tapacaq. 

Rəhman Cəbiyev / Ümid Tv Azərbaycan

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR