VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 25 Mart 2020 14:42:48

0 Şərh

Dəfə Oxundu.

Mübariz Mənsimovun vəziyyəti ağırlaşdı-SON DƏQİQƏ

Türkiyədən Mübariz Mənsimovla bağlı acı xəbərlər gəlməkdə davam edir. 

Son məlumata görə, Türkiyə məhkəməsinin qərarı ilə barəsində həbs qərarı verilən Mübariz Mənsimov artıq 10 gündür ki, aclıq aksiyasını davam etdirir. Vəkillərin verdikləri məlumata görə, bu səbəbdən səhhəti ağır durumda, özü isə halsız vəziyyətdədir.

Vurğulamaq lazımdır ki, vəkillər Mənsimovun həbsdən azad edilməsi istiqamətindən fəaliyyətlərini durmadan davam etdirirlər.

Bu barədə Fidan Quliyeva öz facebook səhifəsində paylaşım edib. 

Görünən budur ki, Azərbaycvanlı iş adamı, xeyriyyəçi Mübariz Mənsimovla bağlı Azərbaycan və Türkiyə ictimaiyyətindən Türkiyə Prezidentinə olunan müraciətlər hələ ki, bir nəticə vermir. 

UTVİNFO olaraq hesab edirik ki, Türkiyə dövləti ictimaiyyətin mövqeyini diqqətə almalıdır. Mübariz Mənsimovun səhəti nəzərə alınaraq, istintaq müddətində qəti imkan tədbiri kimi seçilən həbs, ev dustaqlığı və ya digər qətimkan tədbiri ilə əvəz olunmalıdır. Güman edək ki, qardaş Türkiyə dövləti tez bir zamanda real vəziyyəti düzgün qiymətləndirib Mübariz Mənsimovun azad edilməsinə səy göstərəcək. 

UTVİNFO xəbər

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR