VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 06 Şubat 2020 19:29:10

0 Şərh

Dəfə Oxundu.

Mühəndisinin ehtiyatsızlığı Cavid İmanovun ölümünə səbəb oldu-Yardımlı RETSİ

Ötən gün Yardımlı rayonunun Telavar kəndində bədbəxt hadisə baş verib.

Daxil olan məlumata görə, hadisəyə səbəb Yardımlı RETSİ-nin mühəndisinin səhlənkarlığı və ehtiyatsızlığı olub.

Bölgədən UTVİNFO-ya verilən məlumata görə   Yardımlı rayon Porsova kənd sakini Cavid İnşallah oğlu İmanov Yardımlı rayon Məşğulluq Mərkəzinə işlə təmin olunmasından ötrü müraciət edib. Rayon Məşğulluq Mərkəzinin,  müqavilə əsasında Yardımlı RETSİ-nə fəhlə kimi göndərdiyi Cavid İmanov, rayon ETSİ-nin mühəndisi tərəfindən  təmir məqsədi ilə cərəyan olan işıq dirəyinə çıxarılıb.  Elktrik işindən ümumiyyətlə anlayışı olmayan, həmçinin də  səlahiyyətində olmayan fəhlənin cərəyanlı elektrik dirəyinə çıxarılması, Cavid İmanovun ölümünə səbəb olub. 

Yardımlı rayonundan aldığımız məlumata görə, enerjini paylayan transformatordan ayrıc ayrılmadığından xəttə gərginlik olub və bu sahədə anlayışı olmayan Cavid İmanov elektrik xəttinə toxunma səbəbindən dünyasını dəyişib. Hadisənin tam təfərrüatını araşdırdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Mərhuma Allahdan rəhmət, ailəsinə səbr diləyirik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

Dvamı var...!

Əkbər Sadıyev / UTVİNFO xəbər

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR