VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 05 Şubat 2020 19:15:29

0 Şərh

Dəfə Oxundu.

Musa Qasımlı aradan çıxmaq istədi, sakinlər imkan vermədilər - MASALLI

72 saylı Yardımlı-Masallı Seçki Dairəsindən deputatlığa namizəd  Musa Qasımlı dairə üzrə kəndləri gəzməyə başlayıb. Daha doğrusu, yerli İcra Hakimiyyəti orqanlarının təşkil etdiyi görüşlərə qatılıb, bir-iki ağız danışaraq sonrada yoluna davam edib.  

Musa Qasımlı bu dəfə özünün bahalı “Prado”su ilə Masallının Güllütəpə kəndində “zəhmətkeş”lərlə görüşüb. 5-6 bələdiyyə işçisi, habelə bir-iki müəllim və bir o qədər də kasıb insanların arasında durub, onlara yağlı vəd verən Qasımlı gözləmədiyi hadisə ilə üzləşib.

Belə ki, görüşə Yeni Zuvand kəndindən olan sakinlər də qatılıblar. Əslində isə onlar görüşdən sonradan xəbər tutub, sözlərini demək üçün “itkin deputat”larının yanına gediblər.

UTVİNFO JAMAZ.İNFO-ya istinadən xəbər verir ki, kəndlərin problemlərindən danışmağa başlayan, sakinlərin sözlərini eşidən Musa Qasımlının əvvəlcə üzü avazıyıb. Aradan çıxmağa çalışsa da, sakinlər bu imkanı ona verməyiblər və  bütün problemləri əyani olaraq ona göstəriblər.

Yeni Zuvand sakinləri ölkə başçısının 6.8 milyon manat pul ayrıdığını, lakin onların kəndlərinə hələ də asfaltın çəkilmədiyini bildirsələr də, Qasımlının səsi çıxmayıb. Kəndə ən yaxınına qədər təbii qaz xəttinin çəkildiyini, lakin hansısa  səbəbdən Zuvanda çəkilmədiyini deyəndə isə deputatlığa namizədin az qala nitqi tutulub. Bu azmış kimi, böyük bir kənd olan Zuvandın əhalisinin əkin üçün hələ də torpağının olmadığını eşidən keçmiş deputatın səsi belə çıxmayıb. Halbuki onun bu problemlərdən bir deputat olaraq çoxdan xəbəri olmalıydı və məsələni də Milli Məclisdə qaldırmalıydı. Bunları etmədiyindən, üstəlik, gizlicə gəlib, 5-6 nəfərlə görüşüb aradan çıxmaq cəhdinin alınmaması onu pis vəziyyətə salıb.

Qısa müddətdə bir xeyli adamın toplaşmasından və onların şikayətlənməsindən sonra Musa Qasımlıya onu da deyiblər ki, zəhmət çəkib bu kəndlərdən səs gözləməsin. Elə üzünə deyiblər ki, seçkilərdə 7 parça kənddən ona səs olmayacaq və səs üçün başqa qapılara üz tutsa daha məsləhətdir.

Kənd sakinlərinin dediyinə görə, bu sözlərdən sonra Musa Qasımlı suyu süzülə-süzülə kəndi tərk edib. 

 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
BƏNZƏR XƏBƏRLƏR