BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 11 Ağustos 2019 16:30:11

0 Şərh

Dəfə Oxundu.

“Neftçi”nin taleyi italiyalılara tapşırıldı

“Neftçi”nin taleyi italiyalılara tapşırıldı

UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində “Neftçi”nin İsrailin “Bney Yehuda” klubuna qarşı keçirəcəyi cavab matçının hakimləri müəyyənləşib.

UTVİNFO xəbər verir ki, qitənin ali futbol qurumu bu qarşılaşmanı İtaliyadan olan hakimlər briqadasına həvalə edib.

Görüşün baş hakimi Daniele Doveri olacaq.

Ona yan xətt hakimləri Alessandro Kostanzo və Alessio Tolfo kömək edəcək.

Dördüncü hakim funksiyasını isə Fabritsio Paska yerinə yetirəcək.

Hakimlərin işinə Fransadan olan Stefane Lannoy qiymət verəcək. UEFA nümayəndəsi isə Tarqo Kaldoja (Estoniya) olacaq.

Qeyd edək ki, avqustun 15-də Petak Tikva şəhərindəki “Ha Moşava” stadionunda keçiriləcək “Bney Yehuda” – “Neftçi” görüşünə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Bu komandalar arasında Bakıda baş tutan ilk oyunda məhsuldar heç-heçə qeydə alınıb – 2:2.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR