BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 13 Eylül 2019 15:00:59

0 Şərh

Dəfə Oxundu.

Ölkəyə qanunsuz “iPhone” keçirmək üçün unikal addım - FOTO

Ölkəyə qanunsuz “iPhone” keçirmək üçün unikal addım

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli sayda mobil telefonun ölkənin gömrük sərhədindən gömrük nəzarətinə bəyan edilmədən gizli keçirilməsi cəhdinin qarşısını alıblar.

İdarədən verilən məlumata görə, HNBGI Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Doha-Bakı aviareysi ilə gələn Pakistan İslam Respublikası vətəndaşları nəzarətə götürülüb. Həmin şəxslər “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən gömrükçülər tərəfindən saxlanılıb və “Qırmızı kanal”a yönləndirilib.

Daha sonra təkrar baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunublar. Bu zaman Pakistan Respublikası vətəndaşlarından, ümumilikdə 10 ədəd “iPhone” markalı mobil telefonlar aşkarlanıb.

Araşdırma nəticəsində məlum olub ki, həmin vətəndaşlardan biri “iPhone” markalı mobil telefonları gömrük nəzarətinə əvvəlcədən şifahi, yazılı və ya elektron formada bəyan etmədən güzəştli qaydada keçirmək məqsədilə onunla birlikdə Doha-Bakı aviareysi ilə gələn sərnişinlərə paylayıb.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR