VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 16 Ekim 2019 13:05:29

0 Şərh

Dəfə Oxundu.

Ölümcül infarkta qarşı vasitə tapılıb

Ölümcül infarkta qarşı vasitə tapılıb

Beynəlxalq alimlər qrupu infarkt və insultun inkişaf edən nekroz mexanizmini açıqlayıb. 

Orqanizmdə arterial qan axınının tıxanması nəticəsində “deoksigidroceramid” adlanan və hüceyrə funksiyalarını pozan maddənin sintezi və yığılmasının meydana gəldiyi ortaya çıxıb.

Nəticədə maddənin konsentrasiyası hüceyrələr üçün zəhərli olan dəyərlərin yüksəlməsinə gətirib çıxarır. Keramid xüsusi zülal komplekslərinin fəaliyyətinə maneə olur və hüceyrələrin quruluşunda qüsurlara səbəb olur, eyni zamanda, mitoxondrinin də funksiyasını pozur.

Tədqiqatçılar infarkt başlamazdan əvvəl siçanların bədəninə keramid sintezinin inhibitorunu yeridiblər. Məlum olub ki, tədqiqatda istifadə edilən inhibitor bütün keramidlərin sintezinə maneə olur.

Elm adamları mənfi təsirlərə səbəb olacaq daha spesifik dərman üzərində işləyirlər.

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali  Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR