VİDEO GALERİ
FOTO GALERİ
BİZİMLƏ ƏLAQƏ QUR
YAZARLAR
UTV Info - utvinfo.org

@ Xəbər Tarixi : 21 Ağustos 2019 19:35:17

0 Şərh

Dəfə Oxundu.

Paytaxtda avtoxuliqanlıq edən şəxs məsuliyyətə cəlb olunub

Paytaxtda avtoxuliqanlıq edən şəxs məsuliyyətə cəlb olunub

Nəsimi rayonunda yol hərəkəti iştirakçılarına təhlükə yaradan, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən sürücü Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Bu barədə Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, 99 AM 356 dövlət qeydiyyat nişanlı, "Renault Tondar" markalı nəqliyyat vasitəsinin sürücüsü, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Kamil Umud oğlu Babayev rayon ərazisində avtoxuliqanlıq etdiyinə görə saxlanılıb:

"O, idarə etdiyi avtomobilə başqa dövlət nömrə nişanı – 10 PS 510 nömrə nişanı vurmaqla idarə edib, hətta, bəzən nömrədəki "P" hərfinə rəngli yapışqanla müdaxilə edərək "R" halına salıb. 

Polis əməkdaşları tərəfindən avqustun 19-da idarə etdiyi avtomobillə birlikdə  Kubinka adlanan ərazidə saxlanılan Kamil Babayev ərazidə yaşayan insanların, tanışlarının müdaxiləsindən istifadə edərək, həmin gün oradan qaçmağa müvəffəq olub. 

Lakin o, avqustun 21-də Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq, barəsində toplanan materiallar qərar qəbul edilməsi üçün rayon məhkəməsinə göndərilib".

"Məhkəmədə avtoxuliqanlıq əməlləri sübut edilən Kamil Umud oğlu Babayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılaraq, 1 ay müddətinə inzibati həbs olunub, eləcə də, polisin qanuni tələbinə tabe olmadığına görə 200 manat cərimə edilib", - deyə V.Əsədov qeyd edib. 

Hələki Bu Xəbər Üçün Şərh Yoxdur
Adınız Soyadınız
Güvenlik Kodu
Yazar Məlumatları

Ali  Eynalov Ali Eynalov aliutvinfo.org Bütün Yazıları

BƏNZƏR XƏBƏRLƏR